Azərbaycanın istehsal etdiyi maskalar belə olacaq - VİDEO

Gündəm 7 Aprel 2020 01:15 Oxunub 1139
Azərbaycanın istehsal etdiyi maskalar belə olacaq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müəssisənin məhsullarıdaxili bazarda tələbatı ödəməyə yönəldiləcək

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. Avtosfer.az-ın "Qafqazinfo"-ya istinadən məlumatına görə, müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh