Gəncədən Bakıya gələn şəxs itkin düşüb - FOTO

Gündəm 7 Aprel 2020 09:00 Oxunub 680
Gəncədən Bakıya gələn şəxs itkin düşüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan bu nömrələrə zəng vuraraq məlumat vermələri xahiş olunur

Gəncə şəhər sakini evdən çıxaraq geri qayıtmayıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilir ki, Gəncə şəhər sakini, ruhi xəstə, 1969-cu il təvəllüdlü Elsevər Sadıxov martın 26-da yaşadığı evdən çıxıb və Bakı şəhərinə gedərək itkin düşüb.

E.Sadıxovun əlamətləri belədir: boyu 170 sm, arıq bədən quruluşlu, saçları ağ-qara rəngdədir. Evdən çıxan zaman onun əynində göy cins şalvar, şabalıdı rəngli gödəkcə, ayağında qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və onun barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-266-33-75 şəhər və (055) 687-13-73 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh