BNA-nın “Gəlin bir bayraq altında birləşək” aksiyasına DOST Agentliyi də qoşulub - VİDEO

Gündəm 7 Aprel 2020 10:15 Oxunub 656
BNA-nın “Gəlin bir bayraq altında birləşək” aksiyasına DOST Agentliyi də qoşulub  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DOST Agentliyi fəaliyyət göstərdiyi binadan milli bayrağımızı asıb

Bakı Nəqliyyat Agentliyinin (BNA) “Gəlin bir bayraq altında birləşək” adlı aksiyasına Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi də qoşulub.

Avtosfer.az "Report" -a istinadən xəbər verir ki, aksiyaya qoşulan DOST Agentliyi fəaliyyət göstərdiyi binadan milli bayrağımızı asıb.

Qeyd edək ki, BNA Azərbaycanda koronavirusun yayılmasına qarşı mübarizəyə dəstək olaraq təşəbbüs irəli sürür. Agentlik dövlət qurumlarını, təşkilatları, digər ictimai xadimləri, eyni zamanda, hər bir vətəndaşı fəaliyyət göstərdikləri və yaşadıqları binalardan bayraq asmağa, milli həmrəylik nümayiş etdirməyə dəvət edir. “Gəlin bir bayraq altında birləşək” adlı bu aksiyaya dünən 160 nömrəli tam orta məktəbin 3J sinifinin şagirdləri də qoşulublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh