“Toyota” beton bloka çırpılıb ikiyə ayrıldı: 4 nəfər xəsarət aldı - FOTO

Avtosfer Foto 7 Aprel 2020 11:30 Oxunub 3204
“Toyota” beton bloka çırpılıb ikiyə ayrıldı: 4 nəfər xəsarət aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Türkiyənin Çorum vilayətində minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 6-da Samsun - İstanbul avtomagistralının Kargı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Samsundan İstanbul istiqamətində hərəkətdə olan 45 yaşlı H.D., idarə etdiyi 34 JP 647 qeydiyyat nömrə nişanlı “Toyota” markalı minik avtomobilin naməlum səbəblərdən sükan idarəetməsini itirib. İdarəetmədən çıxan maşın yol kənarındakı beton bloka çırpılıb. Zərbənin təsirində avtomobilin ön hissəsi gövdəsindən ayrılıb.

Nəticədə maşının salonunda olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulansların köməkliyi ilə rayonda yerləşən xəstəxanaya çatdırılıblar.  

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh