Cəlilabadda xüsusi karantin rejimini pozan şəxslər cərimələnib

Gündəm 8 Aprel 2020 17:30 Oxunub 846
Cəlilabadda xüsusi karantin rejimini pozan şəxslər cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Barəsində inzibati qaydada tədbir görülmüş şəxslərdən 36-sı sürücü, 58-i piyadadır

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Cəlilabad rayonun giriş hissələrində və digər ərazilərdə stasionar postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir. Polis əməkdaşları tərəfindən sakinlərin evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profilaktiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Xəbərdarlıqlara məhəl qoymayaraq xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində isə inzibati qaydada tədbir görülür. Ümumilikdə rayon ərazisində indiyədək 93 şəxs karantin qaydalarını pozduğu üçün barəsində inzibati qaydada protokol tərtib edilərək cərimələnib. 1 nəfər isə inzibati qaydada həbs edilib. Barəsində inzibati qaydada tədbir görülmüş şəxslərdən 36-sı sürücü, 58-i piyadadır.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh