Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb

Gündəm 8 Aprel 2020 17:35 Oxunub 1051
Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələn həftə Şəki və Sumqayıtda da yeni laboratoriyalar açılacaq

"Bu gün ölkədə 3 000-dən çox müayinə aparılıb və bununla da 53 mindən çox test icra olunub".

Avtosfer.az “Report” -a istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gəncə və Naxçıvanda laboratoriyalar fəaliyyətə başlayıb: "Gələn həftə Şəki və Sumqayıtda da yeni laboratoriyalar açılacaq". 

R.Bayramlı bildirib ki, hazırda 105 koronavirusa yoluxma arasında Naxçıvanda aşkarlanan hallar da var. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh