Şəhərlərarası gediş-gəliş qadağan olunsa da, ağır xəstələrin aparılmasına icazə verilib

Gündəm 8 Aprel 2020 19:01 Oxunub 749
Şəhərlərarası gediş-gəliş qadağan olunsa da, ağır xəstələrin aparılmasına icazə verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bunun üçün icazələr verilir"

Rayondan Bakıya gediş-gəliş qadağan olunsa da, ağır xəstələrin aparılmasına icazə verilib. Avtosfer.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhnəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, həmin şəxslərin xəstəxanaya gətirilməsi və evlərinə qaytarılması təmin olunur: "Bunun üçün icazələr verilir. Onkoloji və digər ağır xəstələrin həkim nəzarətində olmasına şərait yaradılıb. Rayonlara və Bakıya gediş-gəlişin bağlanmasına baxmayaraq, bu məsələyə diqqət yetirilir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh