Nəsimi rayonunda yol polisi karantin rejiminə nəzarət edir - VİDEO

Yol polisi 8 Aprel 2020 19:07 Oxunub 4795
Nəsimi rayonunda yol polisi karantin rejiminə nəzarət edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobildə icazəsi olmayan sərnişinlər barəsində də tədbir görülür

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər davam etdirilir.

Gücləndirilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonunun bir sıra küçə və prospektlərində postlar qurulub. Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları postdan keçən hər bir nəqliyyat vasitəsini fərdi şəkildə saxlayaraq yoxlayır. İcazəsi, xüsusi bildirişi olmayan nəqliyyat vasitəsilərinin sürücüləri karantin rejimini pozduğunu görə cərimələnir.

Eyni zamanda avtomobildə olan icazəsi olmayan sərnişinlər barəsində də tədbir görülür.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh