Göyçayda üç avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Qəzalar 8 Aprel 2020 23:00 Oxunub 1288
Göyçayda üç avtomobil toqquşub, xəsarət alanlar var  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

Göyçay şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-nın yerli bürosuna istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

"Opel", "BMW" və "VAZ 21011" markalı minik avtomobillərinin iştirakı ilə baş verən zəncirvarı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh