Qadının ölümünə səbəb olan avtobus sürücüsü məhkəmə qarşısında

Gündəm 9 Aprel 2020 14:52 Oxunub 1000
Qadının ölümünə səbəb olan avtobus sürücüsü məhkəmə qarşısında
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Yalçın Məlikovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Hakim Vaqif Həsənovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində baş verib. 1975-ci il təvəllüdlü Məlikov Yalçın Əliağa oğlu Hökməli qəsəbəsi - “Memar Əcəmi” metrostansiyası marşurut xətti ilə hərəkət edən sərnişin avtobusu ilə qəsəbənin sonuncu dayanacaq istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1941-ci il təvəllüdlü Məmmədova Gülcahan Qabil qızını vurub. Hadisə nəticəsində qadın müxtəlif bədən xəsarətləri alıb. Qadın sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb. Y.Məlikova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh