Hacıqabulda polislər 20 ailəyə ərzaq məhsullarından ibarət sovqatlar verib - VİDEO

Gündəm 9 Aprel 2020 17:21 Oxunub 870
Hacıqabulda polislər 20 ailəyə ərzaq məhsullarından ibarət sovqatlar verib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər bir sakinlə maarifləndirici mövzuda söhbətlər aparılıb

Koronavirus epidemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması məqsədi ilə Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, elan olunmuş karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan yaşlı sakinlərin evdən çölə çıxmalarının minimuma endirilməsi üçün və eləcə də maddi imkanı zəif olan vətəndaşlara mütəmadi olaraq yardımlar edilir. Polis əməkdaşlarının təşəbbüsü ilə rayon ərazisində yaşayan 20 belə ailəyə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib. Həmçinin Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə zəng edərək evdən çölə çıxa bilmədiyini deyən 80 yaşlı sakinə də yardım edilib, ona evdən çıxmamağın öz sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyini və karantin rejimi bitənədək polis əməkdaşları ilə daima əlaqə saxlamağı tövsiyə edilib. Eləcə də hər bir sakinlə maarifləndirici mövzuda söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib. Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsinin önəmli olduğu vurğulanıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh