Cəbhəboyu ərazilərdə yaşayan soydaşlarımıza yardımlar edilib - FOTO

Gündəm 9 Aprel 2020 18:05 Oxunub 794
Cəbhəboyu ərazilərdə yaşayan soydaşlarımıza yardımlar edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kənd ərazisində yaşayan yaşı 65-dən yuxarı olan və tənha yaşayan sakinlərə və maddi imkanı zəif olan vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət yardımlar edilib

Koronavirus epidemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması məqsədi ilə ölkəmizdə olduğu kimi, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları işğalçı erməni hərbi qüvvələri ilə təmas xəttində yerləşən Qapanlı kəndində yaşayan soydaşlarımızla görüşüblər. Kənd ərazisində yaşayan yaşı 65-dən yuxarı olan və tənha yaşayan sakinlərə və maddi imkanı zəif olan vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət yardımlar edilib. Hər bir sakinlə ayrı-ayrılıqda epidemiyanın səbəb ola biləcəyi mənfi hallar barədə maarifləndirici söhbətlər aparılıb, onlara evdə qalmalarının sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh