Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş

Gündəm 9 Aprel 2020 18:10 Oxunub 1750
Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ictimailəşəndən sonra Aparat rəhbəri onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb

Dünən Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçan şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb.

Avtosfer.az xəbər verir ki, BakuPost-a daxil olan məlumata görə, hadisəni törədən Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb. Hadisə ictimailəşəndən sonra Aparat rəhbəri onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb.

Qeyd edək ki, polis tərəfindən saxlanılan R.Şükürov rəsmi xəbərlərdə iş adamı kimi təqdim olunurdu. Bildirilirdi ki, o “tikinti kralı” kimi tanınan Əvəz Şükürovun oğludur, özü də çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur.

Milli Məclisdən “Qafqazinfo”ya Rəmzi Şükürovun işdən çıxarılmasını təsdiqləsələr də, səbəbini açıqlamayıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh