Samuxda “Evdə qal” devizi altında aksiya keçirilib - FOTO

Gündəm 9 Aprel 2020 18:29 Oxunub 992
Samuxda “Evdə qal” devizi altında aksiya keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yardım kampaniyasına görə sakinlər RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildiriblər

Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının almaq məqsədi ilə tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza “Evdə qal” devizi altında müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib. Həmçinin onlarla maarifləndirici mövzuda söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib. Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə edilib. Yardım kampaniyasına görə sakinlər RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildiriblər.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh