Saatlıda karantin rejimində fəaliyyət göstərən bərbərxana aşkarlanıb - VİDEO

Gündəm 9 Aprel 2020 18:34 Oxunub 1088
Saatlıda karantin rejimində fəaliyyət göstərən bərbərxana aşkarlanıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Samir İsmayılov barəsində qanuna müvafiq qaydada tədbir görülüb

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən bərbərxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Samir İsmayılov barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh