BŞBPİ vətəndaşları xüsusi karantin rejiminə əməl etməyə çağırır - FOTO

Gündəm 9 Aprel 2020 19:35 Oxunub 1368
BŞBPİ vətəndaşları xüsusi karantin rejiminə əməl etməyə çağırır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tələb olunan normalar tənzimlənir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün müəyyən etdiyi hərəkət məhdudiyyətlərinə nəzarət tədbirləri Daxili İşlər Nazirliyi (DİN) tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, hava şəraitindən asılı olmayaraq, DİN əməkdaşları xüsusi karantin rejim qaydalarını mühafizə edir, tələb olunan normaları tənzimləyir.

Bir daha vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və ailə üzvlərinin sağlamlığına biganə qalmamağa çağırılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh