Bakıda motosiklet qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

Qəzalar 10 Aprel 2020 00:00 Oxunub 1180
Bakıda motosiklet qəzaya uğrayıb, xəsarət alanlar var  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Əhmədzadə Lamiyyə Əsgər qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsində keçərkən onu motosiklet vurub. Hadisə nəticəsində motosikletin sürücüsü və piyada xəsarətlər alıb. Piyada L.Əhmədzadə sağ baldırın sınığı diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh