Bakıda ərlə arvadı motosiklet vurdu

Qəzalar 10 Aprel 2020 00:10 Oxunub 1853
Bakıda ərlə arvadı motosiklet vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, hadisə “Nargilə” kafesinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1951- il təvəllüdlü Rüstəmov Əhəd Kərəm oğlu və həyat yoldaşı 1964-cü il təvəllüdlü Rüstəmova Tamara Səhliyalı qızı yolu keçərkən onları motosiklet vurub.

Hadisə nəticəsində piyadalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Ə. Rüstəmova sağ təpə nahiyəsinin dərialtı qansızması, T. Rüstəmovaya isə ənsə nahiyəsinin əziyi diaqnozları qoyulub. Onlar aidiyyəti üzrə həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh