«Mersedes» «Kamaz»a çırpıldı; sürücü öldü

Qəzalar 3 İyun 2014 23:25 Oxunub 1666
«Mersedes» «Kamaz»a çırpıldı; sürücü öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağdaşda ağır yol qəzasında həlak olan gəncin 31 yaşı var

Ağdaşda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə,  rayonun Aşağı Nemətabad kəndində (rayon mərkəzindən 25 km aralı) 1983-cü il təvəllüdlü Məmmədov Rüstəm Hüseyn oğluna məxsus “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək, “Kamaz” markalı yük avtomobilinə arxadan çırpılıb. Nəticədə “Mercedes”-in sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Onun meyitini yanğınsöndürən-xilasedicilər avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.   

ŞƏRH YAZ
Ad

E-mail

Şərh