DYP ziddiyətli nişanlardan pul qazanır – OXUCU YAZIR

Xəbərlər 15 İyun 2014 23:44 Oxunub 2567
DYP ziddiyətli nişanlardan pul qazanır  – OXUCU YAZIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Bu, sadəcə vicdansızlıq və qanuna hörmət etməməkdir»

Bakıda bir-birini təkzib edən yol nişanları ilə bağlı yazımız oxucular tərəfindən maraqla qarşılanıb. Cavid adlı oxucumuz Avtosfer.az saytına bu mövzu ilə bağlı maraqlı məktub ünvanlayıb. O bildirir ki, Dilarə Əliyeva küçəsi 230-un yaxınlığında, Penitensiar xidmətə çatmağa az qalmız yol nişanlarında ziddiyət var. Aylardır mövcud olan bu biabırçı vəziyyətdən isə yol polisi məharətlə istifadə edir. DYP əməkdaşları problemi həll etmək əvəzinə, ziddiyətli nişanlara görə çaş-baş qalıb qayda pozan sürücüləri cəzalandırır: Cavid yazır: «Yerdə nişan dönməni göstərir, göydə isə düzünə. Kim yerdəki işarə ilə dönürsə, polis qabaqda gizlənib onu saxlayır və dərhal protokol tərtib edir. Bu, sadəcə vicdansızlıq və qanuna hörmət etməməkdir».

Qeyd edək ki, Avtosfer.az sayta Bakıda bir-birinə zidd olan daha bir yol nişanını Mətbuat prospektində aşkarlayıb. Prospektdən Azərbaycan Texniki Universetetinə (ATU) düşən yolda, Azərbaycan Nəşriyyatının qarşısında bir-birinə zidd olan yol nişanları mövcuddur. Belə ki, Mətbuat prospekti ilə üzü Bakı Dövlət Universitetinə istiqamətində hərəkətdə olarkən Nəşriyyatın qarşısındakı svetaforda yol nişanları bir-birini təkzib edir. Asfalt üzərində 1.18-1.19 nişanlanma xətti sağa – ATU-ya tərəf dönməyə icazə versə də, səkidə quraşdırılmış 3.18.1 yol nişanı sağa hərəkəti qadağan edir.

Qanunvericiliyə görə, yol nişanları və nişanlanma xətləri arasındakı ziddiyətlərə görə sürücü məsuliyyət daşımır.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh