Lənkəranda ağır qəza: 1 ölü

Qəzalar 4 İyun 2014 17:39 Oxunub 1574
Lənkəranda ağır qəza: 1 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“VAZ-2106” markalı avtomobil “Niva” ilə toqquşub

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə iyunun 4-də Lənkəran-Lerik şose yolunun 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində  qeydə alınıb. Lerik rayonunun Piran kənd sakini, 43 yaşlı Qafur Alxasovun idarə etdiyi “Niva” markalı avtomobil Lənkəran rayonu Şağlakücə kənd sakini, 32 yaşlı Rafiq İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Güclü zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü hadisə yerində ölüb. İlkin versiya kimi hadisənin “VAZ-2106” -nın Lerik rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək qarşıdan gələn “Niva”-ın qarşısına çıxması nəticəsində baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın rəyindən sonra bəlli olacaq. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh