Eskalator sındı və o anı görməmək üçün hamı gözünü yumdu - VİDEO

Qəzalar 24 İyun 2015 16:57 Oxunub 1504
Eskalator sındı və o anı görməmək üçün hamı gözünü yumdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəhər polisi faktla bağlı araşdırmalara başlayıb

İnsanları yuxarı qaldıran eskalatorun zənciri  qırıldı, onlarla insan ölümlə üzləşdi. İzləyənləri dəhşətə gətirən bu görüntülər Malayziyanın paytaxtı Kuala Lumpurda lentə alınıb. Şəhərin izdihamlı ticarət mərkəzlərindən birində eskalatorda  nasazlığın  baş  verməsi  xaos  və  təşvişə  səbəb olub. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, görüntülərdə aralarında qadınlar və uşaqlar da olmaqla azı  20 nəfərin eskalatorla yuxarı mərtəbəyə qalxmağa çalışdığı öz əksini tapır. Bu vaxt sıradan çıxan eskalatorun piləkkəni sürətlə arxaya doğru hərəkət etməyə başlayır. Bir-birinin üstündə qalaqlanan sakinlərdən bəziləri ciddi xəsarət alır.

Sakinlər isə baş verən qəzaya görə ticarət mərkəzinin rəhbərliyini günahlandırır. Belə ki, sözügedən mərkəzdə iki eskalator olsa da, mühəndislər onlardan sadəcə birini işlək vəziyyətə gətirib. Həmin eskalator isə insanların ağırlığına davam gətirməyərək qopub.

Şəhər polisi faktla bağlı araşdırmalara başlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh