Bakı-Sumqayıt qatarına bilet bu qiymətə olacaq? - VİDEO

Yeniliklər 25 İyun 2015 02:11 Oxunub 1448
Bakı-Sumqayıt qatarına bilet bu qiymətə olacaq? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlin sonuna kimi vağzalı tanımayacaqsız

Bakı sərnişin vağzalı çox qısa müddət ərzində dünya standartları səviyyəsinə gətiriləcək. Burada müasir standartlara cavab verən kassaların, iaşə abyektlərin inşası planlaşdırılır. Eyni zamanda vağzalda "Wi-Fi" sistemi də istifadəyə veriləcək. Yəni sərnişinlərin rahatlığı üçün lazım olan bütün şərait yaradılacaq. "Azərbaycan Dəmir Yolları" Qapali Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov vağzalın yenidən qurulmasi layihəsinin detallarını açıqlayıb.

Vağzalda iki yeraltı tunel də inşa olunur. Onlar vasitəsilə qatardan düşən sərniçinlər birbaşa "28 May" metro stansiyasına çıxış əldə edə biləcəklər. Bu da həm rahatlıq, həm də vaxta qənaət deməkdir.

Nadir Əzməmmədov Bakı - Sumqayıt sürət qatarının gediş haqqları ilə bağlı da yeni məlumat verib. Bildirib ki, təmsil etdiyi qurum, hazırda 30 qəpik civarında olan bu marşrutun gediş haqqının artırılması, təxminən 70 qəpiyə çatdırılması ilə bağlı müraciət hazırlayaraq, tarif şurasına təqdim etməyi planlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh