"Formula-1" satışa çıxarıldı

Gündəm 25 İyun 2015 12:06 Oxunub 1138
"Formula-1" satışa çıxarıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avrtomobil yarışları üzrə Dünya Çempionatını satın almaq üçün ABŞ və Qətər şirkətləri təkliflər verməyə hazırlaşır

"Formula-1" (F1) üzrə Dünya Çempionatının hissələri satışa çıxarılıb. Avtosfer.az xəbər verir ki, “Formula-1”i satın almaq üçün ABŞ və Qətər şirkətləri təkliflər verməyə hazırlaşır. Əmlak kralı və Amerikanın "Miami Dolphins" klubunun sahibi olan Stefen Rossun və Fransız futbol klubu PSJ-in sahibi olan "Qatar sports Investments" şirkəti birlikdə "F1"in təxminən 41%-ini almaq üçün hərəkətə keçib. Bu satın alma əməliyyatı 9 milyard dollara baş tutacaq.

İngiltərə mətbuatı iddia edir ki, Stefen Rossun şirkəti "RSE Ventures" və "Qatar sports Investments" şirkəti ilk olaraq "CVC Capital Partners" sərmayə şirkətinin əlində olan yüzdə 35,5% hissəni almaq istəyir. Bununla yanaşı, iki şirkət "Formula 1"in prezidenti olaraq bilinən Bernie Eklestona aid 5%-lik hissəni də satın almaq niyyətindədir. Əgər bu satış reallaşarsa, "F1"in Amerika və Çində daha məşhur hala gətirilməsinə çalışılacaq.

 

"Formula 1"in çətin dövrdən keçdiyi bir zamanda belə bir təklifin gəlməsi satışın mümkün olacağına işarət edir. Çünki yarışların ən çox izlənildiyi İtaliya və İngiltərədə TV izləyicilərinin marağının azalması gəlirlərə təsir edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh