Bakıda 3700 manata «Mersedes – E 320» satışa çıxarıldı – SİYAHI

Avtobazar 25 İyun 2015 12:36 Oxunub 6654
Bakıda 3700 manata «Mersedes – E 320» satışa çıxarıldı – SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Nissan Maxima» isə 5-ci dəfə 50 faiz endirimlə hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 21-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Avtosfer.az xəbər verir ki, iyulun 21-də keçiriləcək hərraca 24 ədəd avtomobil çıxarılacaq. Hərracda ən köhnə avtomobil 1987-ci il istehsalı olan «Traktor T-40»  445 manata, ən yeni avtomobil (2005-ci il istehsalı) «QAZ-31105-120» isə 1784 manata auksiona çıxarılacaq.

Bundan əlavə, 1993-cü il istehsalı olan «Mercedes Benz E 320» start qiyməti 3778 manat, 1998-ci il istehsalı olan «Nissan Maxima» 1463 manata hərraca çıxarılacaq. 

Qeyd edək ki, hərracda «Traktor MTZ-80», «ZİL-MMZ»  və «QAZ» markalı avtomobillərin müxtəlif növləri də yer alacaq.

Xatırladaq ki, «Nissan Maxima» 5-ci dəfə 50% endirimlə hərraca çıxarılacaq.

Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 1998-ci il istehsalı olan «Nissan Maxima»nın  qiyməti 2 500 dollar və ya 2 620 manatdır.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh