DƏHŞƏT; yol qəzalarında iki ailə məhv oldu

Qəzalar 5 İyun 2014 11:44 Oxunub 2232
DƏHŞƏT; yol qəzalarında iki ailə məhv oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda və İmişlidə baş vermiş hər iki yol qəzasında ər-arvad həlak olub

Bakıda dəhşətli yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyunun 4-də saat 10:55 radələrində Binəqədi rayonu Azadlıq prospektində Bakı şəhər sakinləri 1955-ci il təvəllüdlü Arif Yusifov idarə etdiyi «Volvo» markalı avtomobillə 1937-ci il təvəllüdlü Telman Nəcəfovu və arvadı 1942-ci il təvəllüdlü Ziba Nəcəfovanı vurub. Nəticədə T.Nəcəfov hadisə yerində ölüb, Z.Nəcəfova Travmatologiya İnstitutuna yerləşdirilib və orada keçinib.

İmişli rayonunda baş verən avtomobil qəzasında isə ər və arvad ölüb, azyaşlı nəvə isə ağır yaralanıb. İmişli rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə,  hadisə ötən gecə saat 24.00 radələrində İmişli-Qaradonlu avtomobil yolunun Soltanmuradlı kəndindən keçən ərazidə baş verib. İmişli rayon Soltanmuradlı kənd sakini 60 yaşlı Fəxrəddin Əzizalıyevin idarə etdiyi “Mercedes” markalı  avtomobillə  hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və avtomobil  aşaraq  yoldan  kənara yuvarlanıb. Hadisə nəticəsində sürücü və  həyat yoldaşı,  59 yaşlı Əzizalıyeva Gülnar  aldığı  xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan 6 yaşlı nəvə Əzizalıyev Ayxan isə  müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi  Xəstəxanasına  yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan Bakı xəstəxanalarından birinə göndərilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh