Bakıda yük maşınları toqquşub

Qəzalar 5 İyun 2014 12:49 Oxunub 1556
Bakıda yük maşınları toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən biri ağır yaralanıb

Bakının Səbail rayonunda yük maşınları toqquşub. APA-nın məlumatına görə, hadisə Bakı-Salyan şossesinin 4-cü kilometrliyində, "20-ci sahə"də qeydə alınıb. Sürücü Məhəmməd Əsgərov "Shacman" markalı yük avtomobili ilə Bayıl qəsəbəsindən Qaradağ rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək, maşını işıqforda dayanan digər "Shacman"a çırpıb. Qəza nəticəsində Məhəmməd Əsgərov ağır yaralanıb. Digər yük maşınının sürücüsü isə xəsarət almayıb. Hadisə yerinə gələn təcili yardım briqadası yaralı sürücünü xəstəxanaya aparıb. Digər yük maşının sürücüsü isə hadisə yerindən uzaqlaşıb. Yol polisi hadisə yerini tərk edən sürücünün axtarışına başlayıb. İlkin ehtimala görə, qəzanın baş verməsinə Məhəmməd Əsgərovun idarə etdiyi yük maşının əyləc sistemində yaranan nasazlıq səbəb olub. Qəzadan sonra yolda tıxac yaranıb. Yol-patrul xidməti əməkdaşdlarının səyi nəticəsində tıxac yaradan qaldırılıb və yolda nəqliyyat vasitələrinin normal hərəkəti bərpa olunub. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh