Bakıda «BMW» sürücüsü yol polisini vurdu

Yol polisi 30 İyun 2015 18:39 Oxunub 1660
Bakıda «BMW» sürücüsü yol polisini vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı araşdırma aparılır 

Bu günlərdə Bakıda yol polisinə qarşı cinayət törədilib. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, Neftçilər prospektində Bakışəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı, polis serjantı Rzayev Fərid Oqtay oğlu qaydaları pozan avtomobilin srücüsünü saxlamağa çalışıb. Bu zaman "BMW" markalı, 10 PR 888 nömrə nişanlı avtomobilin sürücüsü tabesizlik göstərib və nəqliyyat vasitəsini 28 yaşlı yol polisi inspektorunun üzərinə sürərək onu vurub. Dərhal hadisə yerindən yayınan avtomobil bir qədər sonra H.Z.Tağıyev küçəsində tapılıb. Məlum olub ki, avtomobil 1983-cüil təvəllüdlü Hacıyev Vüqar Qüdrət oğluna məxsusdur. Xəsarət alan yol polisi əməkdaşı tibbi ekspertizaya göndərilib. 

 Qeyd edək ki, F.Rzayev yazdığı izahatda həmin avtomobili sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə saxlama istədiyini qeyd edib. Araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh