SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam masinin arxa qapilarin şüşelerine pilyonka cekmek olar? Ve ya tiyom suse qoymaq olar?
Vusal | 20 Aprel 2021 16:01
Salam. Bəli arxa qapıların şüşələrinə pərdə, plyonka və ya tünd şüşə quraşdırmaq olar.
Avtosfer.az | 3 May 2021 11:53
Salam Avtomobilin ön və arxa faralarını qaraltmaq və ya tuning etmək,İnteryer dəyişiklik etmək normativ telebleri pozur?və ya xarici avtomobillərdə popcorn var və şəhərdə hər gün səslərini eşidirik bu qanuna uygundur?Və Son sualım matorda sadəcə komputerlə deyişiklik etməklə popcorn vəya partıltı etməyə cərimə düşürmü?Təşəkkülər
Elcin | 20 Aprel 2021 11:34
Salam. Faraları bu cür tüninq edib qaraltmaq qadağandır. Digər dediyiniz səs dəyişiklikləri 84 desibeli aşacaqsa o da qadağandır.
Avtosfer.az | 3 May 2021 11:53
Salam. Məmməd Rahim küçəsində, istirahət parkına bitişik səkidəki işıq dirəklərinə yol nişanları quraşdırmaq düzgündürmü? Çünki, nişan çox aşağıda quraşdırıldığı üçün, həmdə nişanın qabağında başqa maşınlar saxladığına görə nişan görsənmir. Və mənə durma qaydalarını pozduğum üçün cərimə yazılıb. Protokoldan şikayət etmək istəyirəm. Zəhmət olmasa ətrafı məlumat verərdiniz bu barədə. Təşəkkür edirəm.
Seid | 20 Aprel 2021 09:14
Salam. Nişan işıq dirəyində quraşdırıla bilər. Amma qanunda göstərildiyi hünürlükdə quraşdırılmalıdır. Əgər nişan yaxşı qavranılmırsa protokoldan şikayət edə bilərsiniz.
Avtosfer.az | 3 May 2021 11:51
Salam arxa tekerleri biraz qiraga cixartmaq ucun markaya ail olan yeni sirf o mawin ucun buraxilmiw ( firma terefinden) filanslardan istifade etmek olarmi hecbir deyiwiklik olunmur balans pozulmur her iki terefde eyni olur sadece biraz qiraga cixir teker. Teker baglanan yere filans baglanir tekerde hemin filansa baglanir buna her hanisa bir qadaga ola bilermi. Bide diskiler 17lik yazilib qapida ama yeni modeli 18lik ve 19 luq gelir Ersad Husenyovun cixiwinda baxmiwdim yeni modelde olan detali kohneye qurawdirmag olar deyirdi qapida 17lik yazilib 18 veya 19 qoya bileremi?
Ibrahim | 20 Aprel 2021 08:30
Salam. Dediyiniz dəyişiklik heç bir normativ tələbi pozmursa quraşdıra bilərsiniz. Disk məsələsinə gəldikdə isə, əgər eyni modeldirsə quraşdırmaq olar. Yox əgər başqa modeldirsə olmaz.
Avtosfer.az | 3 May 2021 11:49
Salam. MMX sehven menim avtomobilimin nömresine cerime vurub. Bunun üçün 902e zəng etdi
Rəsad | 19 Aprel 2021 14:26
Salam. Bunun üçün bu linkə daxil olub rəsmi şikayət etməyiniz tövsiyə olunur. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 3 May 2021 11:45
Salam zehmet olmasa cavablandirardiniz. Masinim Toyota camry 2018 ci ildir ancag sagda qlusitel var. bilmek isteyirdim ki sola qlusitel qoysam elave avadanliq olduguna gore cerime ede bilerlermi meni? xaish eleyirem etrafli cavablandirardiniz. teshekkur edire .
Nijat | 19 Aprel 2021 01:56
Salam. Əgər sola quraşdırdığınız işlək olmayacaqsa və yaxud işlək olub səs desibelini aşmayacaqsa quraşdırmaq olar.
Avtosfer.az | 3 May 2021 11:44
Nomremin oz adima oldugumu necə oyrene bilerem
Ruslan | 19 Aprel 2021 00:09
Ancaq DYP-dən soruşa bilərsiniz.
Avtosfer.az | 3 May 2021 11:43
Salam men bilmek isteyirem ki avtomobilin üzerinden çixma isigin eynisini ledle evez ede bilermmi yeni cermesi varmi?xususi avtomobil isig Tenzimleyici cihazla qurasdirilarsa yenede meni cerime ede bilerlerimi? MASIN Opel Astra 2009 model
Amil | 18 Aprel 2021 22:23
Salam. Əgər quraşdırandan sonra stendlə yoxlanırsa və normativ tələbin pozulmadığı təsdiq olunursa qaydalar çərçivəsində sayılacaqdır.
Avtosfer.az | 3 May 2021 11:41
Salam.vaz 2107-yə led işığın cərməsi varmı?
İlkin | 18 Aprel 2021 21:50
Salam. Bunu quraşdırandan sonra stendlə yoxlamaq lazımdır. Əgər normativ tələblərə cavab vermirsə quraşdırmaq olmaz.
Avtosfer.az | 3 May 2021 11:39
Salam. Qanunvericilikdə avtomobilin banı nə kimi tərif olunur? Rənglənmə üçün soruşuram. Əgər ban-a aid olmayan detalları rəngləsəm, icazə lazımdırmı? Ban nə sayılır bu halda? Öncədən təşəkkürlər.
Şükür | 18 Aprel 2021 13:53
Salam. Ban ümumilikdə avtomobilin kuzasıdır. Bura bütün detallar aiddir.
Avtosfer.az | 26 Aprel 2021 14:28
Lada 2107 led işıq taxmaq olar ağ reng ?
Revan | 18 Aprel 2021 12:52
Normativ tələbi pozmursa quraşdırmaq olar. Quraşdırandan sonra stendlə yoxlanılmalıdır.
Avtosfer.az | 20 Aprel 2021 16:10
Salam 2008land qruser 2019yığılıb bunu texpasporta vurdurmaq lazımdı axı konstruktur dəyişiklik olmuyub zəhmət olmasa melumat vererdiz
Aqşin | 18 Aprel 2021 12:02
Salam. Xeyr qeydiyyat şəhadətnaməsinə düzəlişə ehtiyac yoxdur. Ətraflı məlumat üçün linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/avtomobili-bu-cur-yigdiranlari-yol-polisi-cerime-ede-biler-i%CC%87zah-138742
Avtosfer.az | 26 Aprel 2021 14:20
Texpasportda reng goy yazilib. Tund goy etmek ucun dyp qeyd etmeliyem ? Ve etmeliyemse ne sened teqdim etmeliyem ?
Fikret | 17 Aprel 2021 20:56
Bəli qeyd etməlisiniz. Bunun üçün rənglənmədən sonra arayış almalısınız və həmin arayışla birgə maşını qeydiyyat imtahan şöbəsinə gedib təkrar qeydiyyata aldırmalısınız. Rüsumu 55 manat 80 qəpik olacaq.
Avtosfer.az | 26 Aprel 2021 14:18
mikroavtobus sernisin ucundu onu leqv edib yuk masini kimi isdifade etmek olarmi .
Samir | 17 Aprel 2021 20:45
Bunun üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlisiniz.
Avtosfer.az | 20 Aprel 2021 15:32
Salam . yuk masininin gunduz vaxdi şehere girişi qadagandir . Eger yol polisi yuk masinini gunuz vaxdi seherde saxladibsa bunun cerimesi budu ? ( 327.2 giris qadagandir) Yoxsa duracaga qoyulubda saat 8den sora buraxilmalidi ? Tam deqiq cavabi sizden gozduyurem zehmet olmasa
Namiq | 17 Aprel 2021 11:27
Salam. Hərəkət qadağandır nişanının tələbii pozubsa 40 manat cəriməsi var. 327.1 ci maddə ilə.
Avtosfer.az | 26 Aprel 2021 14:17
Salam. 2107 markalı maşının ön ve arxa faralarının tuninginə icazə var ? Birdəki ön buferə yumru yuva açıb nivanın buferindəki işıqlardan quraşdırmağa icazə var ?
Murad | 17 Aprel 2021 00:46
Salam. Tüninq dedikdə nəyi nəzərdə tutursunuz? Buferdə yuva açıb işıq yerləşdirmək olmaz.
Avtosfer.az | 26 Aprel 2021 14:16
Avtomobil sahibi oz avtomobilinin sernisin yerinde tehlukrsizlik kemeri taxmadan eyleserse cerime ne qederdi ve kime yazilir
Kamil | 16 Aprel 2021 23:42
Sərnişin qismində təmər taxmasanız 30 manat cəriməsi var.
Avtosfer.az | 26 Aprel 2021 14:15
Salam. Avtomobilin ön şüşəsinin işıq buraxma faizini harda ölçdürüb və bunun AZS 122-2004 standartına tam uyğun olması barədə rəsmi sənəd ala bilərəm? Qeyd edim ki, Niva markalı avtomobil üçün BENSON firmasının istehsal etdiyi rəngli şüşə qoymaq istəyirəm.
İlkin | 16 Aprel 2021 22:51
Salam. Ya şüşə satılan yerlərdə, ya da texniki baxış mərkəzlərində yoxlatdırmalısınız.
Avtosfer.az | 26 Aprel 2021 14:00
Salam. Men 2009 model lexus lx 570 model masinimi 2016 model lexus lx 570 modeline restaylinq etmek isteyirem. Qanunla bu qadagandirmi? Konstruksiya deyisikliyi sayilirmi bu? Deyisen detallar 1) qabag ve arxa bufer 2) kapot ve sag-sol krilolar.
Barat | 16 Aprel 2021 20:54
Salam. Heç bir problem yoxdur. Bu linkə daxil olub ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/qaydalar/avtomobili-bu-cur-yigdiranlari-yol-polisi-cerime-ede-biler-i%CC%87zah-138742
Avtosfer.az | 20 Aprel 2021 16:12
14.04.2021ci il saat 19:40 radelerinde Sumqayit bulvarinda hereketde olarken,qarsimda hereket eden NV-nin sureti cox az idi.Uzaq isiqi yandirib sondurdum yol istedim,vermedi. Telesdiyim ucun qosa xettin telebini pozub otme etdim. Semed Vurgun kucesinde 99-YP-161 qeydiyyat nomreli DYP masini terefinden mene “saxla” emri verildi.Surucu kimi tabe oldum,avtomasini saxladim.Inspektor Ismayilov Elvin YPX haqqinda telimatin telebine uygun ozunu duzgun teqdim edib,xidmeti vesigesini gostermeden,hec bir ses yazma cihazi olmadan yaxinlasdi mene dedi:”senedleri ver,reis gosteris verib,avtoxuliqanliq etmisen,cerime meydancasina getmelisen.Inspektora senedleri teqdim etdim ve 511ci m ile protokol tertib etmesini,suruculuk vesiqesini evez eden talon vermesini teleb etdim.Inspektor bundan boyun qacirib,ajantaj yaratmaq ucun elave YPX masinlari cagirdi,mene dedi “senin masinivin arxasi yerdendir,kesdirmisen arxa amartizatorlarini.Senedleri uzatdim:”buyurun protokol tertib edin,gedek cerime meydancasina”.Inspektor menle kobud danisdi ve yuksek sesle:”sen gosteris verme,protokol burda yazilmiyacaq,gedeciyik cerime meydancasina”.polisin bu emeli barede 102qaynar xettine melumat verdim.bu zaman Ismayilov bundan qezeblenerek yanindaki yoldaslarina kinaye ile ve el hereketleri ile:”baxin,bele suruculeri taniyin,bunun kimilerine kecmeyin” ifadesini isletdi.Menim Musteqil Azerbaycan Respublikasi vetendasi olaraq huququmdan istifade edib 102 merkezine zeng etmeyim Ismayilovun acığına geldi.Daha sonra protokol tertib etmekden imtina ederek,NV-mi esas gostermeden Cerime m apardilar.2 gundurki neqliyyat vasiyem muveqqeti dayanacaqdadir.Evvelceden coxsagolun
Ulvi | 16 Aprel 2021 10:40
Dediyiniz kimidirsə qanunsuzluqdur. Bunun üçün yuxarı instansiyalara müraciət edə bilərsiniz.
Avtosfer.az | 20 Aprel 2021 16:27
Prava lisenyaya gedibsə maşın sururemse verməsi neqederdi
Sahin | 15 Aprel 2021 21:45
200 manat cəriməsi var.
Avtosfer.az | 26 Aprel 2021 13:59
Evvela salamlar bu rola cerime dushur? ypx emekdaşi saxlayib meni duracag a aparmağ isdeyirdi xaish edirem cavablandirasiniz
Azad | 15 Aprel 2021 13:05
Salam. Xeyr cəriməsi yoxdur. Ətraflı məlumat üçün linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 26 Aprel 2021 13:58
Lada 2107-e lider disk qadağandır? Qadağandırsa cermesi ne qederdi?
Emin | 15 Aprel 2021 12:11
Ölçüsü böyükdürsə qadağandır. 150 manat cəriməsi var.
Avtosfer.az | 26 Aprel 2021 13:57
Salam Avtosfer.az heyəti Mən avtomobilimi 2ildir ki texniki baxışdan keçirməmişəm.Səbəbi:Hərbi xidmətdə olmuşam və indi bilmək isdəyirəm ki, mən avtomobilimi texniki baxışdan keçirsəm 2ilin rüsumunu ödəyəcəmmi? TALONUN VERİLMƏ TARİXİ:19.06.2019 TALONUN BİTMƏ TARİXİ:19.06.2020
Hüseynov Musa | 14 Aprel 2021 11:03
Salam. Xeyr. Əvvəli illərin ödənişini ödəməyəcəksiniz. Amma maşını evakuatorla aparmalısınız ki, kameralar cərimə yazmasın.
Avtosfer.az | 26 Aprel 2021 13:56
Masinin rengini ve yaxud kaplatmaq ucun dovlete ne qeder pul vermek lazimdir opel vectra 2000 model ucun
Senan | 13 Aprel 2021 19:40
Rəng dəyişdirildikdə qeydiyyat rüsumu 55 manat 80 qəpik edir. Kaplatmaq nədir?
Avtosfer.az | 26 Aprel 2021 13:55
Menim Avtomobilimde Yan suseler Lucky glass firmasinin xamelyon suseleridi Seffafliq 70 faiz Tundluk 30 faiz ön alın şüşə isə Benson firmasının fioletivi dediyimiz potpresidi şəffaflıq 75 tündlük isə 25 faiz tam normativə uyğun.Ancaq YPX deyirki Olmaz orda şüşənin üstündə benson,lucky glass firmasi yox hundayin logosu olmalidir zavod buraxan.deyirem qanunda qara suseler ve plonka ile bagli maddenin bendinde bele bir soz yoxdurki avtomobil hansi modeldise suselerindede o modelin adi qeyd olunmalidir esas normativ teleblerdi tundluk ve seffafligin faiz derecesi ve AZS 122-2004 standarinin telebine uygunluq ve oda vizual olaraq olculmur taumetr cihazi ile olculmelidir.Lakin men hec bir YPX emekdasina bunu basa sala bilmirem qanunu bilmeyen kimide biraz gorurlerki huquqlarivi bilirsen deyir gedersen flan otaqda sene deyerer men bilmirem seher qayisindaki otaqlar huquq meslehetxanasidi niye yerinde olculmur 90 faiz inspektor o cihazin adini bele bilmir belej isletmeyi bele bacarmir. Zehmet olmasa deyerdiz bu cur hallarda yerindece ne etmek mentiqe uygun olar Men hansisa inspektorun savadsizligina gore seher qayisina mehkemelerde vaxtimi eseblerimi pozmaq isdemirem 904 deki Daim zanit yada telefon kenarda olur
Sebuhi | 13 Aprel 2021 15:37
Avtomobilin şüşəsində mütləq istehsalçının adı olması kimi qanunda hər hansısa bir müddəa yoxdur. Əsas şəffaflıq dərəcəsi düz olmalıdır. Amma buqələmun (xamelyon) şüşələrə icazə yoxdur. Çünki onun şəffaflığı stabil qalmır. Gün işığında, kölgədə şəffaflıq dərəcəsi dəyişir.
Avtosfer.az | 26 Aprel 2021 13:54
Salam. Mən Yasamal rayonunda qəza törətmisem. Stop nişanın gozdemeyib yola çıxanda maşınla toqquşmuşam. Hadisədə xəsarət alan yoxdu. Mənə nə qədər cərimə yazılar?
Malik | 13 Aprel 2021 09:27
Salam. Sizin cəriməniz sadəcə 3 bal 60 manatdır.
Avtosfer.az | 20 Aprel 2021 16:28
Salam, mashinin alin shushesine 15 ve yaxud 20% rengli plyonka cekmek olar?
Mamed | 13 Aprel 2021 06:12
Salam. Avtomobilin alın və qabaq yan şüşələrinə tam şəffaf plyonka da çəkmək qadağandır.
Avtosfer.az | 26 Aprel 2021 13:38
Vaz 2107 markalı avtomobilin arxa baqajına maximum neçə kilogram yük vura bilirəm bu limiti aşmadığda,arxa yaylar zavod olarsa buna görə cərmə yaza bilər?yada cərmə meydançasına apara bilər?
Qurban | 13 Aprel 2021 02:58
Yükün kütləsini biz bilmirik. Onu internet üzərindən axtarış verib tapa bilərsiniz. Yaylar zavod istehsallıdırsa heç kim duracağa apara və cərimə yaza bilməz.
Avtosfer.az | 26 Aprel 2021 13:38
Salam YPX saxladiqi sebebden bawqa misalcun peredoka gore saxlayib sora bawqa biweye iliwir nem bamperi yoxdu nem wuwesilen yoxdu teleb ede biler?
Emil | 12 Aprel 2021 20:44
Salam. Sürücü saxlanılan zaman digər xətalar aşkar edilərsə bu barədə sürücüyə irad bildirilə bilər.
Avtosfer.az | 26 Aprel 2021 12:01