SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam məndə vaz 2106 dır 1997 ci il arxa purjinlər ölü purjindir buna görə mənə cərimə yada avtodayanacaqa aparıla bilər maşın ?
Elçin | 17 Mart 2021 18:23
Salam. Xeyr. Buna görə cərimə yazıla bilməz.
Avtosfer.az | 20 Aprel 2021 14:54
Salam. Hyundai sonata 2009 markali mashindir mende sesbogucu qurashdirib sened ala bileremmi dypdan qanuni olsun? Yoxsa bu marka modele mumkun deyil? Menim ozumde pultla idare olunan xor-xor var amma qanunsuz oldugu uchun chixaracam sened alib qanuni etmek olarmi sesbogucunu?
Shahin | 17 Mart 2021 13:32
Salam. Xeyr, bu şeyi sənədlə etmək mümkün deyil.
Avtosfer.az | 20 Aprel 2021 14:53
Salam Avtomobilimin qeydiyyat nisani ezilib onu deyismek rusumu ne qederdir? Deyisende onu kvadrat nomre ile evez ede bilerem? Rusum ne qeder olacaq?
Ruslan | 17 Mart 2021 03:12
Salam. Biri 11 manatdır. Kvadrat verilməyəcək.
Avtosfer.az | 20 Aprel 2021 14:52
Salam alekum sualım ledlerle bağlıdı lede qadağa varmı ve ya yoxdursa men ledi dumanni faralara qurasdira bilerremmi?
Pərvin | 16 Mart 2021 19:24
Salam. Əgər normativ tələbi pozacaqsa quraşdırmaq olmaz. Bu suala şifahi şəkildə cavab vermək mümkünsüzdür. İşıq quraşdırılmalı və stendlə yoxlanıldıqdan sonra qərar verilməlidir ki, normativi pozur, yoxsa yox.
Avtosfer.az | 20 Aprel 2021 14:52
Sükan başlığına görə cərimə varmi
Emrah | 16 Mart 2021 19:16
Xeyr, cərimə yoxdur.
Avtosfer.az | 20 Aprel 2021 14:50
Salam prioraya pnevma quraşdırmaq qadağandır? Pnevma priora markalı maşın üçün buraxılıb sertifkatıda var.
seyid | 16 Mart 2021 10:47
Salam. Mübahisəli məsələdir. Ona görə də başınız ağrıya bilər.
Avtosfer.az | 20 Aprel 2021 14:50
Salam. Ypx emekdashi avtomobilde coxavazli siqnal axtarmaq uchun baxishi hansi formada apara biler ve mashinin hansi hisselerine baxa biler?
Agarahim | 16 Mart 2021 07:10
Salam. Şübhə varsa axtarış edə bilər. Bunun üçün iki hal şahidi olmalıdır. Bu halda axtarışı həyata keçirə bilər.
Avtosfer.az | 20 Aprel 2021 14:49
Salam mən öz şəxsi aftomobilmə qeydiyyat nişanı almaq üçün müraciət edirəm deylillər sən isteyən nömrə sərfiyatda yoxdu niyə yoxdu ? Olur ona görə ki mən nömrəni dövlət rüsumuna istəyirem xaiş edirəm mən bu işdə köməklik nədi edəsiz ya sizə adiatı yoxdusa deyesiz biləm əvvəlcədən minnətdaram
Pərviz | 15 Mart 2021 15:54
Salam. Əgər belə cavab verirlərsə İnzibati Məhkəməyə şikayət edib tələb edə bilərsiniz.
Avtosfer.az | 20 Aprel 2021 14:47
Salam.Mende Mercedes E350 w212 kuzadi.Buferleri E63 w212 kuzanin buferini ve brabus diskleri qoymusham.Bezi YPX emekdashlari bilib bilmeden deyge bashi saxliyib texpasporta brabus sozunu niye yazdirmadigimi sorushullar.Bu ne geder duzgundu?
Zamin | 15 Mart 2021 11:45
Salam. Düzgün deyil. Belə şeylər qeydiyyat şəhadətnaməsinə yazılmamalıdır.
Avtosfer.az | 20 Aprel 2021 14:46
Salam.Avtomobilde Nomre arasi qara xettlerin olmamaqna gore ne kimi cerime tetbiq olunur? Ve hansi Maddede qeyd olunubki nomre arasi qara xett mutleq olmalidir.Olmalidirsa Dyp hansi sebebe ele nomreler verir? Onceden tewekkurler
Ferid | 15 Mart 2021 02:46
Salam. Buna görə cərimə yazılması doğru deyil. Standart pozulduqda yazıla bilər cərimə. Xəttin olmaması standartın pozulması demək deyil. Amma siz bunu yolda izah edə bilməyəcəksiniz.
Avtosfer.az | 20 Aprel 2021 14:44
salam masinin sahibi ve heyat yoldasi 9 aydi vefat edib varis bir nefer oglu var masini oglunun adina kecirmek ucun hansi senedleri toplayib ve hara vermek lazimdir birde xerclerin ne qeder olacaginida deyerdizde zehmet olmasa
Ruslan | 15 Mart 2021 00:20
Salam. 25 manat rüsumdur. Vərəsəlik haqqında şəhadətnaməni götürsün və avtomobillə birgə qeydiyyat-imtahan idarəsinə yaxınlaşsın.
Avtosfer.az | 20 Aprel 2021 14:42
Salam meni bu gun dernegul yolunda hec bir qayda pozuntusu olmadigi halda yol polisi saxlayib mawina baxib deyir qabaq yayin biri bir diw kesikdi men mawini dord ildi aldigin bu vaxda qeder bele surmuwem meni bu sebebden wrafnoya apariblar hec bir protokolda yazmiyiblar men neynemeliyem zehmet olmasa cavablayardiz
Elsever | 14 Mart 2021 18:41
Salam. Əgər həqiqətən kəsilibsə düzgün ediblər. Siz baxın görün foğrudan kəsilib?
Avtosfer.az | 20 Aprel 2021 14:41
salam vaz 2106 markalı maşında sükanı dəyişib Fiat sükanı qurraşdırmağın cəriməsi varmı? əlavə avadanlıq hesab olunurmu? cəriməsi varsa nə qədərdi? və qanunun hansı maddəsinə əsasən cərimə tətbiq edilir?
zahid | 14 Mart 2021 13:46
Salam. Heç bir cəriməsi yoxdur. Linkə daxil olub ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 20 Aprel 2021 14:40
Salam.Zehmet olmasza deye bilersinizmi ki,şenbe ve bazar günleri ictimai neqliyyat üçün ayrılmış xüsusi zolaqdan şexsi avtomobillerin istifadesi İXM-e göre cerime tetbiq olunur?
Anar | 13 Mart 2021 22:12
Salam. Əslində cərimə yazıla bilər. Amma bir müddət öncə açıqlama vermişdilər ki, şənbə bazar günləri həmin zlaqdan istifadə edən sürücülərə cərimə yazılmayacaq. Hər ehtimala qarşı istifadə etməyin.
Avtosfer.az | 20 Aprel 2021 14:38
Salam. Əgər bir şəxsin 2 ədəd aftomobili varsa, bu maşınların dövlət nömrələrinin birincinin ikincisinə-ikincisinin isə birincisinə dəyişdirilməsinə görə cəmi dövlət rüsumu nə qədərdir (Texniki pasportların dəyişdirilməsi də daxil olmaqla).
Azadi | 13 Mart 2021 20:05
Salam. Hər avtomobil üçün 47 manat rüsum ödənilməklə dəyişə bilərsiniz.
Avtosfer.az | 20 Aprel 2021 14:37
Salam. Zəhmət olmasa deyin adi QAZEL markalı yük maşınlarında normadan artıq yük vurulubsa maşın cərimə meydançasına aparıla bilərmi. Və yaxud bunun cəriməsi nə qədərdir. Sonuncu sualım isə QAZEL maşının yük götürmə çəkisi nə qədər olmalıdır.
Cabir Salmanov | 13 Mart 2021 19:58
Salam. Qazelin yükgötürmə çəkisini bilmirik. Amma artıq yükə görə duracağa aparıla bilməz. Yalnız cərimə yazıla bilər.
Avtosfer.az | 20 Aprel 2021 14:36
salam masini tek sotkaynan surmeye gore cerme oluna bilerem
Qurban | 13 Mart 2021 13:57
Salam. O cür sürmək olmaz. Şüşə silgəcləri saz vəziyyətdə olmalıdır.
Avtosfer.az | 20 Aprel 2021 14:32
Salam 07 amerkanka işığına cərimə vardır? Nə verməsi yazıla biler ? onu elə quraşdırılıb ki sağa sola dönmə tam aydın görülür
Sadiq | 13 Mart 2021 11:00
Salam. Normativ tələbi pozduğunuza görə 150 manat cərimə yaza bilərlər.
Avtosfer.az | 20 Aprel 2021 14:31
Salam, Niva markali avtomobil uchun nezerde tutulmayan ancaq istifade olunan led( wrangler, Mercedes G) faralarin istifadesi zamani neye fikir verilmesini qeyd etmisiz yani: "Əgər işığın gücü, səpələnməsi, düşmə bucağı normativ tələblərə cavab verərsə həm adi lampa ilə, həm də led lampa ilə istifadə edə bilərsiniz" Bes bu normalari harda mueyyen etmeliyik, kim bu ishde bize komek ola biler? Normativ teleblerden kechmek isteyirem hara muraciet ede bilerem?
Kamal | 13 Mart 2021 08:56
Salam. Onu mütəxəssis stendlə yoxlayıb deyə bilər ki, normativ tələb pozulub yoxsa yox. Servisə gedin, orada stendlə yoxlasınlar.
Avtosfer.az | 20 Aprel 2021 14:29
Salam mende İran istesalı olan Pejo khazar modelidi arxa yayları prujin deyil fransız modeli olan tarsiondur o şesternalı oxdan ibaretdir onu ustata dişini deyişib biraz aşağı salmışam yeni ki kesilme bir şey yoxdu sadece İranda bu oxu yük üçün nezerde tutublar ona göre arxası çox hündür olduğu üçün biraz buraxmışam buna göre ceza edile biler?
Yaşar | 13 Mart 2021 01:35
Salam. Əgər normativ tələbi pozmusunuzsa cərimə yazıla bilər.
Avtosfer.az | 20 Aprel 2021 14:27
Salam.mən saytdan baxıram cərimələr göstərilir ,amma mənə heç bir məktub ,nə sms gəlib.2019 un Bna cəriməsi də var .bu necə olur ,
Bəxtiyar | 12 Mart 2021 21:55
Salam. Ya ünvanda problem var, ya da səhlənkarlıq edib göndərməyiblər.
Avtosfer.az | 20 Aprel 2021 14:20
Iki zolaqli yolda eks istiqametli zolaga cixmaqla maximum nece masini otmek olar?
Nadir | 12 Mart 2021 19:40
Heç kimə mane olmadan bütöv xətt başlayana kimi istədiyiniz qədər ötə bilərsiniz. Amma qarşıdakı avtomobillə ara məsafəsi çoxdursa, onda sağ zolağa yerdəyişmə etməlisiniz.
Avtosfer.az | 20 Aprel 2021 14:16
Salam birdaha narat edirem sizi size yazmiwdim Niva buferinen elader urbana yiqmiwam ili 2009 ci ilidi siz mene dedizki urban bufere yiqilmasina hiçbir cerime yoxdur am bizde polis emakdawlari iliwirler deyırler kaniksdruksiya deyiwiyliyi gedir men kime muraciyet edim xayiw edirem cavablanirardiz
Sadiq | 12 Mart 2021 19:26
Salam. Daxili İşlər Nazirliyinə və ya İnzibati Məhkəməyə şikayət edə biləsiniz.
Avtosfer.az | 20 Aprel 2021 14:14
Salam.mende 93 nivadi senedde UNIVERSAL qeyd olunub bunu yeni madel yigdirsam Texpasportda deywiklik etmek.lazimdi ya Universal kifayetdi?
Emil | 12 Mart 2021 17:24
Salam. Ehtiyac yoxdur texpasportu dəyişməyə.
Avtosfer.az | 20 Aprel 2021 14:13
Sual yerlewdirmiwdim cavabin hardan ala bilerem burdada yazilmayib
Hafiz | 12 Mart 2021 09:38
Hansı sualdır?
Avtosfer.az | 12 Mart 2021 15:13
Salamun Aleykum vaxtiniz xeyir bilmey isterdim 015 maşini sururem mende sade lanpuckadi işiq az edir led aq lanpucka qoya bileremmi yoxsa
Elnur | 11 Mart 2021 20:36
Salam. Normativ tələbi pozmayacaqsa quraşdırmaq olar.
Avtosfer.az | 12 Mart 2021 15:13
Salam.Her Hansi YPX emekdasi meni saxlayib size komandir Gosteris verib deyib cerime meydancasina apara biler? sebebin bele demeden konstruksiya deyib yoxlaniwa aparmadan cerime meydancasina yonlendirilir.Bu ne derece duzgundu? ve hara Sikayet etmek olar?
Ferid Memmedov | 11 Mart 2021 20:04
Salam. Düzgün deyil bu. Belə hal baş verirsə Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə yazılı şəkildə müraciət edin.
Avtosfer.az | 12 Mart 2021 15:12
Qruzavik birde axra sotka olmadigina gore masin cerime meydancisana aparila biler yerinde aradan qaldirmaq mumkun deyilse aparilirsa ne etmek lazimdi?
Eli | 11 Mart 2021 18:31
Xeyr bu şeylərə görə avtomobil duracağa aparıla bilməz.
Avtosfer.az | 12 Mart 2021 15:11
Salam mende Niva 2009 ci ildir Urbana yiqmiwam texpasporta urban vurmaq ucun dovlet rusumu neqederdir mutleqdirki onu texpasprta qeyd olunmalidi
Sadiq | 11 Mart 2021 16:57
Salam. Qeydiyyat şəhadətnaməsinə urban yazılmamalıdır. Kim onu tələb edirsə qanunsuzluq etmiş hesab olunur.
Avtosfer.az | 12 Mart 2021 15:11
Salam maşin atamin adindadi atam rusiyada olur anam maşinda ola ola nigah şehadtnamesi adamdadisa anamin suruculuk vesiqesi yoxdu diye anam maşinda ola ola maşini idare eliye bilermi
Hezi | 11 Mart 2021 10:38
Salam. Ananızın sürücülük hüququ yoxdursa sürə bilməz.
Avtosfer.az | 12 Mart 2021 15:10