SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

100mamat cerime yazildi ve quvveyede mindi.dediyim kimidir men nece bu mehkmeye vere biler ve ya kime sikayetimi bildirmeliym.hami aparilir bolmeye odenis olandan sonra buraxirlar
Bayil | 12 Fevral 2021 19:46
Daxili İşlər Naziriliyinə müraciət edin.
Avtosfer.az | 19 Fevral 2021 11:16
Salam size şekil atdim bu faralara icaze var?
Seymur | 12 Fevral 2021 18:15
Salam. Foto gəlməyib bizə. Zəhmət olmasa yenidən cəhd edəsiniz.
Avtosfer.az | 19 Fevral 2021 11:15
Salam. Bir meseleni deqiqlesdirmek ucun yardima ehtiyacim var.mende olan NV xarici vetendas adinadi.bildiyimiz kimi xarici vetendasa NV texpasportu oturum muddetine gore verilir(1 illik). Vetendas 3 ildi olkeni terk edib.indi ise masini satmaq isteyir.bildiyimiz kimi NV nin texpasportunun muddeti bitib.NV satmaq ucun xarici vetendas mene olkesinde hansi senedi nece formada gondermelidiki men masini sata bilim?? Diqqetiniz ucun minnetdaram.
Azad | 12 Fevral 2021 16:20
Həmin şəxs sizə öz olduğu ölkədən etibarnamə göndərməlidir. Ədliyyə Nazirliyindən və yaxud Baş Notarius İdarəsindən soruşun görün həmin ölkədən hansı formada etibarnamə verməlidir ki, bizim ölkədə keçərli olsun.
Avtosfer.az | 13 Fevral 2021 15:46
12.02.2021 razinde 32ci polis bolmesi iscileri reyd kecirdib bir bir masinlari saxlayirdilar.masinda emim ve men 2nefer idik.mende maska burnumdan asagi idi emimde yuxari.menden vesiqe alib 100manat cerime yazdi.eyni evde yasayiriq bu yazilmagi duzgundurmu.yazilir ve hami bolmeye aparilir odenilir sonra buraxilir.pul tapa bilmesende qalirsan ele bolmede.bu nece duzgundur
Bayil | 12 Fevral 2021 15:29
Dediyiniz kimidirsə sizə cərimə yazıla bilməzdi. Cərimə yazıldıqdan sonra isə cərimənin ödənilməsi üçün heç kim bölməyə aparıla və yaxud bölmədə saxlanıla bilməz.
Avtosfer.az | 12 Fevral 2021 16:56
Tehlukesizlik kemeri hansi suretde vurmaya bilerem
Ramil | 12 Fevral 2021 00:35
Sükan arxasına və yaxud sərnişin yerinə əyləşən zaman sürətdən asılı olmayaraq təhlükəsizlik kəmərindən mütləq istifadə etməlisiniz.
Avtosfer.az | 12 Fevral 2021 16:55
Salam. Nivaya radiyatir barmagligina iwig qurlawdirmag olar sadece vidd ucun olar ?
Senan | 11 Fevral 2021 22:55
Salam. Xeyr icazə yoxdur.
Avtosfer.az | 12 Fevral 2021 16:53
salam menim vaz 2106 markalı avtomobilimin arxa yayları uzun müddet işlendiyinden ve yük vurulduqundan yaylarının keyfiyyeti zeifleyib ve buna görede avtomobilin arxa hissesi aşağıdı lakin yaylara heç bir müdaxile olunmuyub buna göre yol polisi saxlayıb cerime yazaraq avtomobili cerime meydançasına aparmağı qanunidir ?
Fuad | 11 Fevral 2021 14:47
Salam. Dediyiniz kimidirsə polis sizə cərimə yaza bilməz. Çünki yaylara müdaxilə etmiş sayılmırsınız.
Avtosfer.az | 12 Fevral 2021 16:53
Salam. Bilmek isterdimki alkotester surucunun nefesinde 0.111 sipirt askar ederse surucu serxoş sayilirmi ve cerme yazila bilermi ya yox ?
Vuqar | 11 Fevral 2021 14:01
Salam. 0.3 promildən yuxarı olduqda sərxoş hesab olunur. 0.3-dən aşağıdırsa cərimə yazıla bilməz.
Avtosfer.az | 12 Fevral 2021 16:52
Salam mende purjun oldu yeni ozum fehleyem sement zad iwimcun iwdiyirem ona gore purjunlar yukde zeyfliyib buna gore cox saxladilar meni .ypx nece subut ede bilerem quzdirilmiyib olarda ele bir sey var ki purjunu soxlasinlar ki qizdililmiyib ?
Senan | 11 Fevral 2021 13:36
Salam. Bunu siz yox, polis əməkdaşı sübut etməldir. Şübhələr vətəndaşın xeyirinə həll olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 8- ci maddəsi bunu deyir.
Avtosfer.az | 12 Fevral 2021 16:51
Salam akeykum avtomobil alqi satqi ilə bagli. Bakidan gedib başqa rayondan məs Gəncədən maşın alarkən alqi satqi prosesi necə aparmaq lazımdır ki, sonra problem olmasin? Etibarnaməynən almaq olarmi
Elyaz | 10 Fevral 2021 19:40
Salam. Bakı qeydiyyatısınızsa Gəncədən aldığınız avtomobili etibarnamə ilə və yaxud Gəncədən tranzit nömrə ilə gətirib Bakıda qeydiyyata qoya bilərsiniz.
Avtosfer.az | 12 Fevral 2021 16:50
Salam . Biz sizə bir neçə ay bundan əvvəl səbail rayonunda Nazirlər Kabinetinin qarşısındakı Birtərəfli yolda (Niyazi 42 - Lermontov 23-25 küçələri ) hər iki tərəfdən giriş qadağandır nişanının olması barədə məlumat vermişdik . Sizə küçənin şəkillərini göndərirəm . Xahiş edirəm baxış keçirib bu haqda müvafiq orqanlara məlumat verəsiniz .
Aydın | 10 Fevral 2021 19:12
Salam. Əməkdaşımız bu məsələni işıqlandırdı. Linkə daxil olaraq oxuya bilərsiniz. https://avtosfer.az/az/yol-nisanlari/parkin-yanindaki-bu-kuceye-giris-qadagan-edildi-foto-127017
Avtosfer.az | 12 Fevral 2021 16:48
Salam. IXM 342.5 maddesinde (konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. sual 1. Burada arxa yaylarin kohne olmasi konstruksiyasının digər ünsürlərine aiddirmi ? sual 2. nasazlığın aradan qaldırılması mümkün olmayan yeni yerinde aradan qaldirilmagi mumkun olmayan yoxsa umumiyyetle mumkun olmayan ? coxsagolun tesekkurler.
Mehman | 10 Fevral 2021 17:33
Salam. Yayaların köhnə olması inzibati məsuliyyət yaratmır. Yəni sizə heç bir cərimə yazıla bilməz. Çünki yaylara heç bir müdaxilə etməmisiniz. Nasazlığın aradan qaldırılması məsələsi ümumilikdə götürülür. "Yerində" sözü olmadığı üçün siz mövcud olan nasazlığı səhəri gün də aradan qaldıra bilərsiniz. Bu da qanunun boşluğudur.
Avtosfer.az | 12 Fevral 2021 16:46
Salam,DYP emekdasi avtomobilin sahibini avtomobilden endirib duracaga apara bilermi.?Bilerse maşindaki şexsi eşyaların mesuliyyetini kim daşıyir?ve acarı tehvil vermelidirmi sahibine?önceden teşekkür
Elşad | 10 Fevral 2021 10:04
Salam. Əgər duracağa aparılmalı hal baş veribsə maşının sahibini düşürüb avtomobili duracağa apara bilər. Maşındakı şəxsi əşyaları götürə bilərsiniz. Əgər duracaqda maşından nəsə itsə onlar cavabdeh olmalıdır. Açarla bağlı qanunda heç bir şey göstərilməyib. Yəni açar sizdə də qala bilər.
Avtosfer.az | 12 Fevral 2021 16:44
salam YPX əməkdaşı məni 327.2. - Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi maddəsiylə cərimə yazib mən yol ayriciya daxil olduğda sari işiq yanmışdı əməkdaşla mübaisə yaşadım görüntü isdədim protokolda olacaq dedi razılaşdış mənə gələn qərarsız protokol bugun qərarli olub ama yenədə görüntü yoxdu. Nə edə bilərəm indi? IXP 3752564
Samir | 10 Fevral 2021 03:10
Salam. Yolda polis sizi saxlayıb cərimə edirsə bunun görüntüsü asanpayda olmur. Görüntüyə yalnız DYP-də baxa biləriniz. Müraciət edin görüntünü göstərsinlər.
Avtosfer.az | 12 Fevral 2021 16:42
Maşının juqilinin heç bir senedi yoxdursa onu yeniden harda düzeltirmek olar rüsum ne qederdi. itrildiyne göre rüsum tutulur ne qeder?
Miri | 10 Fevral 2021 01:05
Bunula bağlı DYP-yə müraciət etməlisiniz. Maşının mülkiyyətçisi və yaxud sərəncam hüququnu ehtiva edən etibarnaməli şəxs DYP-yə gedərək 25 manat ödəməklə yeni qeydiyyat şəhadətnaməsi ala bilər.
Avtosfer.az | 12 Fevral 2021 16:37
Salam eqer qece yolda faralardan biri xarab olanda hansi cerime duwur? Coxsagolun
Raik | 10 Fevral 2021 00:33
Salam. Aradan qaldırıla bilirsə heç bir cərimə yazıla bilməz.
Avtosfer.az | 12 Fevral 2021 14:53
Masinin baqajinda yukun olmasina yol polisi irad bildire biler?
Fərid | 9 Fevral 2021 22:55
Əgər normadan artıq yüklənibsə və ya digər yükdaşıma qaydaları pozulubsa nəinki irad bildirə, hətta cərimə də yaza bilər.
Avtosfer.az | 12 Fevral 2021 14:53
Salam 2109 ucun arxa spoller elave avadanliq sayikirmi
Samir | 9 Fevral 2021 21:56
Salam. Əlavə avadanlıqdır. Amma heç bir tələbi pozmur. Quraşdıra bilərsiniz. Sadəcə yaxşı bərkidin.
Avtosfer.az | 12 Fevral 2021 14:52
Salam.men kreditle masin almisam baki qeydiyatinda olan dostumun adina.indi onun krediti baglanib . Masini girovdan cixarib ustundeki nomre ustunde qalmaq sertiyle oz adima kecirmek isteyirem.amma men rayon qeydiyatindayam.ustundeki nomre ile oz adima kecire bilerem? Ve bunun rusmu neqeder olacaq?
Elvin | 9 Fevral 2021 21:12
Salam. Qeydiyyatda olduğunuz rayonun qeydiyyat imtahan şöbəsinə getməlisiniz. Nömrənin maşının üzərində qalması üçün mülkiyyətçinin notarial qaydada razılığı olmalıdır.
Avtosfer.az | 10 Fevral 2021 15:26
99 DU 734 dövlet avto nomresi kime mexsusdur
Samir | 9 Fevral 2021 20:18
Bunu DYP-dən soruşun.
Avtosfer.az | 10 Fevral 2021 14:37
Salam.xais mene komey eliyesiz.masin pikapdi size yolladigim sekilde arxasina demirden yukum dagilmasin deye bagac yigmisam her defe qayi saxliyir 150 azn cerimesi var deyir bunun qanuni yolu nedi zehmet olmasa cavab vererdiz hec yerde izahin tapa bilmirem
Sair | 9 Fevral 2021 17:47
Salam.Foto gəlməyib. Yenidən cəhd edib göndərin baxıb cavablandıraq.
Avtosfer.az | 10 Fevral 2021 14:32
Salam.Men bildiyime gore avtomobilin 30% qeder diger rengde ola biler.Sualim odur ki bu dogru melumatdi ya yox ve eger dogrudursa 30% deqiq nece hesablanir?
Ferid | 9 Fevral 2021 11:28
Salam. 30 fais məsələsi avtomobilin üzərinə reklam yerləşdirəndə olur. Rəng dəyişimində faiz yoxdur.
Avtosfer.az | 10 Fevral 2021 14:26
Salam. Menim sualim vinille elagederdir. Mende avtomobil Range Rover Evoque modelidir ve dami shushedir. Sualim ise beledir men stoykalarina vinil vura bilerem mi?Avtomobilin sheklinde atdim yeni bu shekilde ki kimi. Bezileri deyir avtomobiljn ban hissesinin 30% renglenmesine icaze var,bezileri deyir yoxdur.mumkundurse qanunla necedir deye bilersiz?
Ismayil | 9 Fevral 2021 09:57
Salam. Rənglə bağlı faiz məsələsi yoxdur. Avtomobilin üzərinə reklam yerləşdirdikdə faiz çəsələsi olur. Əslində fotodakı kimi vinil vura bilərsiniz. Heç bir problem yoxdur. Amma qeyd edək ki, yolda sizi saxlasalar bir balaca problem yaşaya bilərsiniz.
Avtosfer.az | 10 Fevral 2021 14:25
Panarama e 240 2002 bu sekilde gorduyunuz ses bogucudu .mene elave qurgu kimi teqdim eledi ypx ama ses biraz ferqlidi desibelle yoxlanilib 81 di sizce buna cerime dusur konustruksiya deyisiyliyi kimi?
Qismet | 9 Fevral 2021 05:18
Əlavə qurğu nəyə deyir? Zavod bu cür buraxmayıb?
Avtosfer.az | 10 Fevral 2021 14:23
Salam. Azərbaycana gətirəcəyim avtomobilin arxa yan şüşəsi zavod istesalı olan qara rəngdədir. Qeyd edilən avtomobilin şüşəsi dəyişdirilməlidir?
Pərviz | 8 Fevral 2021 23:25
Salam. Qeydiyyat zmanı dəyişdirilməsini tələb edəcəklər. Qeydiyyata qoyduqdan sonra yenidən qara şüşələri taxa bilərsiniz.
Avtosfer.az | 10 Fevral 2021 14:13
EQ5587284 bu ne protokuld
Emin | 8 Fevral 2021 19:38
Yol hərəkəti qaydasını pozduğunuz üçün kamera vasitəsilə EQ (Elektron Qərar) tərtib olunub.
Avtosfer.az | 10 Fevral 2021 14:10
Salam Avtomobilimin uzerinde gelen disk r17 didi ve men cuzi cixintili(razvarka) etdirmisem bu ganun pozuntusudurmu ve hansu madde ile
Royal | 8 Fevral 2021 16:43
Salam. Dediyinizi anlamadıq. Fotosu varsa zəhmət olmasa göndərin baxaq.
Avtosfer.az | 10 Fevral 2021 14:09
Salam neqliyyat vasitesinin on bamperi temirdedirse ypx neqliyyat vasitesine cerime ve duracaqa apara biler?
Emil | 8 Fevral 2021 09:47
Salam. Xeyr buna görə nə duracağa apara bilər, nə də ki, cərimə yaza bilər.
Avtosfer.az | 8 Fevral 2021 16:11
salam. nivaya şekildeki arxa stopdan quraşdırmağa icaze var? bir de ön terefde dönme işiğinin uzun xett formasinda(yeni ki uzun xett formasinda olan lampanin bir terefinden başlayir yanmağa o biri terefine uzanaraq yanir) yanib sönmesinde problem olar ya yox onu bilmek isteyerdim. Biraz qarişiq oldu üzrlü sayin amma başqa formada izah ede bilmedim. işıqlarin renginde her hansı deyişiklik yoxdu. önceden çox sağolun
Elvin | 8 Fevral 2021 03:21
Salam. Normativ tələbi pozmursa təbii ki, quraşdırmaq olar. Amma bunu yoldakı polisə izah etmək çətin olacaq.
Avtosfer.az | 8 Fevral 2021 16:10
Salam . Maşının arxa yaylarının çıxardılıb sürülməsi mümkündürmü ? ( Bezpurjun ) Yəni texpasportda qeyd elətdirmək olurmu onu rəsmi şəkildə ?
Eli | 8 Fevral 2021 02:37
Salam. Bu qanunsuzdur.
Avtosfer.az | 8 Fevral 2021 16:09