SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam aleykum mən maşini gen. doverennost ilə idarə edirəm. İstəyirəm maşini qardaşimin adina keçirdim, ikimiz də rayon qeydiyyatiyiq, amma maşin sahibi baki qeydiyyatindadir maşinin nömrəsi 99 ladir. İndi mən bilmək istəyirəm təzədən texniki baxişdan keçməlidir, birdə nömrə qalacaq yoxsa mutləq rayon nömrəsi olmalıdır?
Elyaz | 28 Yanvar 2021 00:24
Salam. Əslində Bakıda qeydiyyata qoymaq olar, amma yol polisi bunu etməyəcək. Yaxşı olardı ki, qeydiyyatda olduğunuz ünvanın qeydiyyat imtahan şöbəsinə gedəsiniz. Nömrənin avtomobilin üzərində qalmaq üçün isə mülkiyyətçinin razılığı olmalıdır. Notariusda arayış versin, ondan sonra nömrə avtomobilin üzərində qalacaq.
Avtosfer.az | 30 Yanvar 2021 12:50
Salam.BIlMEK ISTEYIREM KI EGER SURUCU ONA CERIME BALI YAZILANDAN ETIBAREN 1 IL MUDDETINE VE SONRA HEC BIR QAYDA POZUNTUSU ETMIRSE ONUN BALI OLDUGU KIMI QALIRMI? Qalirsa hansi huquqi esasla ,qalmirsa bes niye mende hele de silinmemiw olaraq qalib? AE 430914 (nezerinize catdirmaq isterdim ki online muraciet etmiwem artiq 1 heftedir,amma hec bir cavab yox)Diqqetinize gore tesekkur edirem
Orxan | 27 Yanvar 2021 16:26
Salam. 1 ilin tamamında bal silinməlidir. Siz hara müraciət etmisiniz?
Avtosfer.az | 27 Yanvar 2021 16:34
Salam mən də daxil olmaqla bir çoxlarına maraqlı olan səsboğucu sistemdə edilə biləcək dəyişikliklər, desibeli haqqında məqalə yazsanız. Çünki bu haqda onlayn məlumat tapmaq olduqca çətindir bəzi yerlərdə səs desibelinin 96 bəzi lərində is 84 desibel olduğu ve s. kimi müxtəlif, əsassız fikirlər var. Elə bu səbəbə görə də tez-tez DYP əməkdaşları ilə vətəndaşlar arasında alşamamazlıqlar baş verir. Sizdən xahişim, bu mövzunj ümumi izah edəsiniz maarifləndirmə məqsədi ilə. Desibel neçə olmalıdır, harda ölçdürmək olar, hansı dəyişikliklər qanuni, hansılar deyildir? Əgər səsboğuvu ilə bağlı həqiqətən də qayda pozuntusu varsa prosedurun ardıcıllığı necədir(cərimə meydançasına gedilməlidir, ya poliqona)? Və yaxud inspektor əsassız yerə cərimə müydançasına getməyi tələb edərsə nə etməli? Öncədən təşəkkürlər.
Natiq | 27 Yanvar 2021 14:31
Salam. Belə bir məqalə yazdıq. Amma siz dediyiniz kimi daha ətraflı yazmaq olar. Təşəkkür edirik təklifiniz üçün. https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 27 Yanvar 2021 16:33
vaz 2107 markali masinin baqacina yuk vurub yukun ne olub olmamasina hamsi bir esya yada kubik dasi olmasina baxmayaraq yukleyib harasa getdiyim halda yolda dyp meni saxlayib cerime ede biler???
Fuad | 27 Yanvar 2021 12:22
Əgər yük normadan artıq vurulmayıbsa lap istəsəniz sement də apara bilərsiniz. Əsas odur ki, normadan artıq yükləmə olmasın. Əgər artıq olarsa onda 40 manat cərimə yazıla bilər.
Avtosfer.az | 27 Yanvar 2021 14:06
Salam BMW f30 avtomobilində səs boğucu(qazan) əvvəl 1 ədəd olan çıxış, 2 ədəd çıxışla əvəz olunmuşdur (yəniki ümumi 4 başlıq). Texpasportda "M3-e yigilib" qeyd olunub. Yol polisi məni saxladı və maşında 4 başlıq olmamalıdır dedi, deyirki: səhvdi bu, 2 çıxışı ola bilməz, M3 yazılsa belə texpasportda qazandan çıxış 1 ədəd olmalıdır. Bu düzdür? Polis haqlıdır burda?
Ziyad | 27 Yanvar 2021 02:03
Salam. Xeyr, polis düzgün izah etməyib. Orada heç bir problem yoxdur. Əsas odur ki, səs desibeli artmasın və işlənmiş qazların xaricetmə sistemi normal işləsin.
Avtosfer.az | 27 Yanvar 2021 14:05
Salam patvalniki bele etmeyin cermesi var
Rehimov | 27 Yanvar 2021 01:08
Salam. Bəli var. 150 manat.
Avtosfer.az | 27 Yanvar 2021 14:03
Salam. 2019dan qerarsiz cerimem var amma silinmir. Hara muraciet ede bilerem?
Malik | 26 Yanvar 2021 22:12
Salam. Dyp-nin yazdığı cərimədirsə DYP-yə bu link vasitəsilə müraciət edin. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 27 Yanvar 2021 14:03
Salam, bmw528 markasına arxa difuzer, spoyler, birde qabaqa ön lip qoymaq, cermedi???
Emil | 26 Yanvar 2021 22:11
Salam. Difuzer, spoylerə icazə var. Ön lip nədir bəs?
Avtosfer.az | 27 Yanvar 2021 14:01
Salam. Mende BMW E36 markali avtomobildir. Muherrik zavod 1.6 mexanika olub indi S50B32 muherrik ve texniki baxisda 1600 kub sm yerine 3200 kub sm yazilib. Muherrik nomreside silinib texpassportda N-Z Sil yazilib. Arxa qazan zavod muherrikin radnoy M3 oz qazanidir ve katalitik sistem var sadece datciki yoxdur islemir ve sesine tesir etmir. Sesine gore saxladib dediler gedir cerime meydancasina etiraz eledim aparib texniki baxisda yoxladilar ve 81 DB cixdi normadan biraz artiqda tustusu cixdi deye hecbir akt pratakol tertib etmeden masinin videosunu cekib atdilar cerime meydancasina ve dediler videonu ona gore cekirik ki sen bizi mehkemeye versen bizim elimizde subut olsun ne etmeliyem indi masinimi cixartmaq ucun ? Cox xahis edirem komeklik edin.
Fərid | 26 Yanvar 2021 20:50
Salam. Aydın olmadı. Qanunda 84 desibeldirsə sizin maşını 81 desibellə necə duracağa qoyurlar? Bir də texpasportda mühərrikin həcmi və nömrəsi düzgün yazılmayıbsa, buna görə DYP-yə müraciət etməlisiniz. Bəlkə mühərrik sonradan quraşdırılıb?
Avtosfer.az | 27 Yanvar 2021 13:56
Salam eleykum...masinin qabaq ve arxa buferini ve kaportunu deyismeden,masinin oz buferinin ve kaportunun ustunde deyisiklik etmek isteyirem...tuning yigilma..burda qanun pozunutusu varmi?
Anar | 26 Yanvar 2021 18:40
Salam. Heç bir qayda pozuntusu yoxdur. Əgər rəng dəyişikliyi olsa DYP-yə müraciət edib rəngini qeyd etdirməli olacaqsınız.
Avtosfer.az | 27 Yanvar 2021 13:53
salam etibarnamenin vaxti bitdikde odenmemiw cermeler nece olur?
nesib | 26 Yanvar 2021 17:04
Salam. Hər bir halda ödənilməlidir. Yəni adınızda qalacaq.
Avtosfer.az | 27 Yanvar 2021 13:52
Salam. Bu gun mene qeyd olunan cerime (346-1.2. - Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə) gelib. Xahiş edirem izah edesiniz bu ne ile baglidir? Parklanma qaydası nece olmalıdır, parklandigim erazide parklanma qaydası barede melumat olmadigi teqdirde bu cerimenin yazilmasi ne qeder duzgundur?
Azər | 26 Yanvar 2021 12:24
Salam. Yəqin siz səkiyə paralel dayanmaq əvəzinə çəpəki dayanmısınız. Ona görə cərimə tərtib olunub.
Avtosfer.az | 27 Yanvar 2021 13:47
Salam. 2020 ci il buraxilish Vaz Niva Urban avtomobili istehsalci terefinden Duman Isiglarla Tehciz olunub . Men hemen buferi ve hemen duman Isiglarini 2013 il buraxilish nivaya qurlashdira bilerem ? Onceden teshekkurler.
Vasifff | 26 Yanvar 2021 03:36
Salam. Bəli rahatlıqla quraşdıra bilərsiniz.
Avtosfer.az | 27 Yanvar 2021 13:44
Men masinin rolunu deyisib momo rol salmisam ona göre cerme yazila biler ? Vaz 2107 e
Emrah | 26 Yanvar 2021 02:56
Heç bir cərimədən söhbət gedə bilməz. Bu linkdə izahı verilib. Oxuya bilərsiniz. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 27 Yanvar 2021 13:43
Salam mashin bmwdir.Zavod qazanindan 2ci sesbogucu elave olunub mashinda popcorn stage kimi sheyler yoxdu sadece gorunush uchun.Ama her iki ses bogucudan tustu chixir.Burda ne qanunsuzluq var?
Kamran | 26 Yanvar 2021 00:31
Salam. Heç bir qanunsuzluq yoxdur. Əsas odur ki, səs desibeli artmasın və işlənmiş qazların xaricetmə sistemi düzgün işləsin.
Avtosfer.az | 27 Yanvar 2021 13:41
Salam bir maşın var rayondadi 2020 ci ildə nə texniki baxış olunub nə də sığorta. İndi bu maşini texniki baxış eləmək üçün qonşu rayona QİM necə getmək olar yolda saxlasalar necə olacaq?
Samir | 25 Yanvar 2021 23:53
Salam. Yolda kameraya düşsəniz cərimə olunacaqsınız. Ona görə də evakuatorla aparmağınız məsləhətdir. Sığortanı heç hara getmədən də yazdıra bilərsiniz.
Avtosfer.az | 27 Yanvar 2021 12:55
Avtomobilin Ön və arxa patpresinə sticker yapışdırmaq qanunsuzdur?
Tahir | 25 Yanvar 2021 23:21
Nə stickeridir? Fotosu varsa zəhmət olmasa göndərin baxaq.
Avtosfer.az | 27 Yanvar 2021 12:52
Salam vaz 2107 dide patvalniki isiqlarin yeni pavarotnik isiqlarin amerkanka etmek cerimedirmi? Yeni on faralarin yaninda olan sari isiqlar vare yanib kecen onlari pramoy yanib kecmesin sadece yansin ele etmek olar?
Şəhram | 25 Yanvar 2021 22:52
Salam. Bunu etmək qayda pozuntusudur.
Avtosfer.az | 27 Yanvar 2021 12:50
Salam. Men bmw f10 almışam. İndi bmw f10 xaricinde, aksesuar deyişikliyi etmek isdeyirem, aksesuarlar bunlardı, f10 üçün arx difuzer, padpress spiyler, yan lipler,M güzgü qapaqlar,M oblisofka, qabaq lip,birde ses sistemine deyişiklik edilmeden arxa akrapovic, bunları qoydursam mene yol polis işçisi cerme yaza biler.
Emil | 25 Yanvar 2021 22:40
Salam. Bu sadaladıqlarınıza görə sizə heç kim cərimə yaza bilməz. Nə də ki, bu dəyişikliyə görə qeydiyyat şəhadətnaməsinə hər hansı bir düzəliş etməyə ehtiyac yoxdur.
Avtosfer.az | 27 Yanvar 2021 12:49
Salam chox xaish edirem sualimi Cavablandirasiniz. Sheklini gonderdiyim faralari vaz nivada led qurlashdirilmadan zavod lampalari ile istifade ede bilerem ?
Vasifff | 25 Yanvar 2021 19:58
Salam. Əgər işığın gücü, səpələnməsi, düşmə bucağı normativ tələblərə cavab verərsə həm adi lampa ilə, həm də led lampa ilə istifadə edə bilərsiniz.
Avtosfer.az | 27 Yanvar 2021 12:48
Salam hervaxdiniz xeyir men senedde mikroafdobus Vaqon 13+1 yazilmis qazelle kend teserufat yukunu dasiya bilerem ,bunun ucun ne etmeliyem zehmet olmasa cavablandirardiz
Elmeddin | 25 Yanvar 2021 19:05
Salam. Özünüzə aid yükdür yoxsa kommersiya məqsədli?
Avtosfer.az | 27 Yanvar 2021 12:46
salam masin menim adimadi atama generalni versem masinin nomresini deyisdire biler yoxsa ozum olmaliyam
Qurban | 25 Yanvar 2021 13:58
Salam. Atanız dəyişdirə bilər. Heç bir problem yoxdur.
Avtosfer.az | 27 Yanvar 2021 12:45
Salam. Mende VAZ 07 markalı maşındı. Arxa ve qabaq purjunlar kesilib ve ştrafnoydadi. Bunun verilmedi ne qederdi
İlqar Cəbrayılov | 25 Yanvar 2021 13:25
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 27 Yanvar 2021 12:40
Yol hərəkət nişanı neçə metr hündürlüyü olmalıdır
Ceyhun | 24 Yanvar 2021 22:03
Baxır nişana və nişanın harada quraşdırılmasına. Yaşayış məntəqəsində və yaşayış məntəqələrindən kənarda fərqli-fərqli qaydaları var.
Avtosfer.az | 25 Yanvar 2021 11:59
Salam aleykum texniki baxiş və sığorta olmadan maşın idarə etməyə görə cərimə nə qədərdir və cərimə meydancasina aparmaq hüququ varmi?
Elyaz | 24 Yanvar 2021 21:27
Salam. Hər ikisinin cəriməsi 50 manatdır. Buna görə cərimə meydançasına heç kim apara bilməz sizi.
Avtosfer.az | 25 Yanvar 2021 11:58
Salam mende niva markali avtomobildir arxa yaylar kesilmeyib sadece olu vezyetdedir bu kanstruksiya deyisikliyi sayilirrmi ? Buna gore cerime oluna bilerremmi ?
Elvin | 24 Yanvar 2021 18:46
Salam. Buna görə heç bir cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 25 Yanvar 2021 11:57
Salam ppx cpa polsi sesxsi neqillyyat vasitem ile meni hansi hallarda saxlada biler ?
Senan | 24 Yanvar 2021 14:59
Salam. Cinayət etməkdə şübhə olduqda və ya sizin avtomobilinizin marka və model, rəng üzrə hər hansı bir axtarış tədbirləri olduqda saxlayıb sənədləri yoxlaya bilərlər. Yol hərəkəti qaydalarını pozmağa görə qeyd etdiyiniz polis əmədaşları saxlaya bilməz.
Avtosfer.az | 25 Yanvar 2021 11:57
salam menim avtomobilim oz adimadir onun nimresini deyismek isteyirem rusum ne qederdi
Qurban | 24 Yanvar 2021 14:10
Salam. 25 manat qeydiyyat şəhadətnaməsi, 22 manat isə qeydiyyat nişanıdır.
Avtosfer.az | 25 Yanvar 2021 11:54
salam.mende lada prioradi sport prujin (4eded dal qabagi)-50 ve ya -70 qoydurmaq istiyirem.bunun ucun YPX emekdaslari texpasportda sport yazilmasini teleb edir.ama hal hazirda lada markalarina sport yazdirmaq mumkundeyil.yeni qerar verilib bu halda men ne etmeliyem
elcin | 24 Yanvar 2021 00:44
Salam. Bu cür dəyişikliklərin qeydiyyat şəhadətnaməsinə yazılması qadağandır. Yol Hərəkəti Haqqında Qanunun 28- ci maddəsi buna icazə vermir. Sport yaylar normativ tələbi pozmursa quraşdıra bilərsiniz. Bunun qadağan olub olmadığını biz şifahi şəkildə sizə deyə bilmirik təəssüf.
Avtosfer.az | 25 Yanvar 2021 11:53
Salam BMW  f30 avtomobilində səs boğucu(qazan) dəyişilmiş əvvəl 1 ədəd olan çıxış, 2 ədəd çıxışla (akrapovich başlıqlarla) əvəz edilmişdir. Avtomobilin səsi 84-85 desibeldir. Sualım odur ki, qazanda etdiyim dəyişiklik konstruksiya dəyişikliyi hesab edilirmi? Hər hansı qanunsuzluq varmı? Varsa, bunu necə aradan qaldıra bilərəm?
Onur | 24 Yanvar 2021 00:23
Salam. Əgər katalizator sisteminə müdaxilə etməmisinizsə, işlənmiş qazların xaricetmə sistem öz qaydasında işləyirsə və səs desibeli 84 db-dən yuxarı deyilsə heç bir problem yoxdur.
Avtosfer.az | 25 Yanvar 2021 11:51