SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. YPX inspektoru durma dayanma qadagan olunan yerde oz mawinini saxlayib xidmet apara bilermi ? Cavabi etrafli hansisa maddeyle esaslandirsaniz yaxsi olardi.
Mehman | 23 Yanvar 2021 23:50
Salam. YPX haqqında təlimata əsasən dayanma-durma qadağan olan yerdə yol polisinin xidmət aparması qadağandır.
Avtosfer.az | 25 Yanvar 2021 11:50
Salam...Atdigim sekilde granta modelidir ve isteuirem ki on farani icden lakladim plonka blirem cerimedi icaze yoxdu Bilmey istirem laklatmaga icaze var yaxud nece faize geder mudaxile ede bilerem???
Royal | 23 Yanvar 2021 23:43
Salam. Əgər vurduğunuz lak işığın gücünə, düşmə bucağına, səpələnməsinə tsir etmirsə heç bir problem yoxdur.
Avtosfer.az | 25 Yanvar 2021 11:49
Salam olsun necesiz nomre varimdi bronda mawinda adimdadi bes usdune qoymaqin xerci nedi ve nese orda artiq pul isdeseler hara jime muraciyet etmeliyem 1de aformitde nomre deyiwende mawini texniki baxiwdan kecmeyi mecburudu texniki baxiwi olar olar?
Ramil | 23 Yanvar 2021 23:07
Salam. Bron məsələsi qanunda olmadığı üçün bu sualınıza cavab verməkdə çətinlik çəkirik. İkinci sualınıza cavab olaraq bildiririk ki, əgər 2021 ci ildə texniki baxışdan keçmisinizsə və 2021 ci ildə avtomobili qeydiyyata qoyan zaman texniki baxışdan keçirtməməlidirlər. Sadəcə texniki müayinə olunmalıdır (ban, şassi, mühərrik nömrələri və rəngi yoxlanılmalıdır).
Avtosfer.az | 25 Yanvar 2021 11:47
Salam.Pirusun purjanlarını dəyişib sport elesek bu qanun pozuntusu sayılırmı?
Nadir | 23 Yanvar 2021 18:58
Salam. Normativ tələbi pozacaqsa quraşdırmaq qadağandır. Bu suala şifahi şəkildə cavab vermək bir az çətindir.
Avtosfer.az | 25 Yanvar 2021 11:42
Salam menim sualim sertifkti olan yaylarin sertifkatda gosterilen avtomobillerde tetbiqine icaze varmi cerime duwurmu ?
Elvin | 23 Yanvar 2021 16:09
Salam. Əgər normativ tələbi pozmursa quraşdırmaq olar.
Avtosfer.az | 25 Yanvar 2021 11:41
Salam eger avtomobil geydiyat niwaninin birini itirdimse bunun cerimesi var ?ve nece azn ? Twk
Ruslan | 23 Yanvar 2021 14:24
Salam. Bunun cəriməsi o vaxt olar ki, nömrəsiz avtomobili idarə edəsiniz. Amma belə heç bir cəriməsi yoxdur. Nömrənin itməsi ilə bağlı polisdən arayış alın və sonra qeydiyyat imtahan idarəsin gedin. Bundan sonra 25 manat qeydiyyat şəhadətnaməsinə, 22 manat da yeni nömrəyə görə rüsum ödəyəcəksiniz. Köhnə nömrənin dublikatını verməyəcəklər sizə.
Avtosfer.az | 25 Yanvar 2021 11:36
Salam mersedes vito sernişin üçün nezerde tutulub şexsi maşınimdi men bunnan şexsi yükümü daşıya bilerem? Yeni sidenyalari götürüb işimi görürem kimese iş görmürem. Buna göre cerime oluna bilerem? Xahiş edirem sualimi cavablandirsiz.
Zabit | 23 Yanvar 2021 13:21
Salam. Xeyr, buna görə heç kim sizi cərimə edə bilməz.
Avtosfer.az | 25 Yanvar 2021 11:22
salam.men bu masini ozum ucun isledirem.yuk dasiyib pul gazanmiram.men ferglenme nisani almaliyam?almaliyamsa ayda ne geder rusum odemeliyem.
mehemmed | 23 Yanvar 2021 09:35
Salam. Özünüz üçün istifadə edirsinizsə heç bir problem yoxdur. Fərqlənməyə ehtiyac yoxdur.
Avtosfer.az | 25 Yanvar 2021 11:21
Axra işiğa led qoymaqin cermesi var???
Şəhram | 23 Yanvar 2021 01:16
Led qoymaq olar. Amma yanıb-sönən rejimdə işləyən ledlərdən yox.
Avtosfer.az | 25 Yanvar 2021 11:20
Salam vaz 2107 de patvalniki pramoy qosmaqin cermesi var??
Şəhram | 23 Yanvar 2021 01:09
Salam. Sualınız tam aydın olmadı. Mühərriki işə salanda qabarit işıqların yanması qayda pozuntusu sayılmır.
Avtosfer.az | 25 Yanvar 2021 11:19
Salam 2107 markali aftamabil idare edirem.mawini idare eden zaman yuk hissesine her gun eyni yuku yigiram icaze verilenden artiq olmayan.ypx deyirki sen birde bele etsen mawjn cerime meydancasina gedecek ne derecede dogrudur? Ona nece izah edimki wexsi mawinimdi qaydani pozmuram ureyim isteyir bele sururem
Əmrah | 23 Yanvar 2021 00:23
Salam. Yük daşıma qaydasını pozmursunuzsa, yəni normadan artıq yük vumamısınızsa polis sizə heç nə deyə bilməz.
Avtosfer.az | 25 Yanvar 2021 11:16
salam size dediyim wrangler fara normativ telebleri pozmursa mutexesis onu baglayirsa faranin normativ telebleri pozmadigina ve hansisa bir mutexesisin onu baglamasina aid nese bir arayis veya sened almaliyam? ki,birden polis o fara ucun cerime tetbiq edesi olsa arayisi gosterim
Ruslan | 22 Yanvar 2021 23:14
Salam. Belə bir arayış nəzərdə tutulmayıb. Polis isə gözlə baxıb normativ tələbin pozulduğunu deyə bilməz sizə. Faranı stendlə yoxlayıb deməlidir ki, normativ tələbi pozub yoxsa yox.
Avtosfer.az | 25 Yanvar 2021 11:14
Bu avtomobil sernişin üçün nezerde tutulduğu halda şexsi yükümü apariramsa mene cerime düşür?cerimesi varsa ne qederdi? Buna göre maşın duracaga yerleşdirile biler? Zehmet olmasa sualima aydinliq getirin...
Zabit | 22 Yanvar 2021 20:41
Şəxsi yükünüzü apara bilərsiniz. Ona görə siz heç kim heç nə deyə bilməz.
Avtosfer.az | 25 Yanvar 2021 11:12
Salam. 2000 ci ilin Vaz2107 mashinidir . Mashinin arxasi yaylari oz keyfiytetini itirib arxasi ashagidir . Eger ki Masinin yaylari nasazdisa Buna gore mashin cerime meydancasina aparila bilermi? Birde hansi qanundur?
Sahib | 22 Yanvar 2021 15:14
Salam. Buna görə nə cərimə nəzərdə tutulub, nə də ki, maşın duracağa gedə bilər.
Avtosfer.az | 22 Yanvar 2021 16:11
3.27 nişanı sarı xətsız tətbiq edilibsə təsir zonası həmin küçənin sonuna kimidir? Qeyd edim ki həmin küçədə eyni istiqamətdə bu nişandan 1 ədəd daha var. Bu zaman həmin nişana kimi olacaq təsir zonası? Söhbət İsmayıl bəy Qutqaşınlı küçəsindən gedir.
Azər | 22 Yanvar 2021 15:11
Sarı xəttsiz tətbiq edildikdə növbəti yolayrıcına kimi qüvvədə olacaqdır.
Avtosfer.az | 22 Yanvar 2021 16:11
Salam.menim masinima qarsi terefin masininin sernisini qapini acmasi neticesinde zerer deyib.hem surucuye hemde sernisine protokol yazilib.forma 4 de tekce sernisinin adi gosterilir.surucu yazilmayib .sgorta burosuda deyirki surucunun adi gosterilmese sene pul dusmeyecek.sgorta mebleginide 50% alacaqsan.polisde surucunu forma 4 qeyd elemir.bir sozle pulu ala bilmirem.mene komek edin
Zaur | 22 Yanvar 2021 15:07
Sərnişinin qapı açması nəticəsində sizə ziyan dəyirsə onu sığorta ödəməməlidir. Çünki günah sərnişindədir.
Avtosfer.az | 24 Yanvar 2021 13:56
Salam. 3.27 Dayanma durmanı qadağan edən nişanın təsir zonası hara kimidir? Əgər quraşdırılan küçənin sonunda yaşayış binasının həyətinə giriş başlayırsa təsir orda bitir ya ondan sonra davam edən yol da həmin nişanın təsirinə düşür?
Azər | 22 Yanvar 2021 13:42
Salam. Həyət əraziləri ilə kəsişmədə nişanlar qüvvəsini itirmir. Əgər 3.27 nişanı sarı xətlə birgə tətbiq edilibsə sarı xətt bitən yerdə nişan qüvvəsini itirir. Həyət ərazisinə dönən yerdə sarı xətt bitibsə və həmin kəsişmədən sonra yeni nişan yoxdursa kəsişmə ilə 5 metr məsafəni gözləyərək dayanmaq olar.
Avtosfer.az | 22 Yanvar 2021 14:26
Hər vaxtıvız xeyir, mənim maşınıma bu dəqiqə Bakıda olduğu halda Ələtdə cərimə gəlib, daxil olub Asan Payda baxdım ki, mənim maşınımla heç bir əlaqəsi yoxdur, amma cərimə adıma gəlib, bu halda kimə və yaxud hara müraciət etməliyəm?! Öncədən təşəkkürlər.
Suleyman | 22 Yanvar 2021 13:10
Bu sayta daxil olub şikayətinizi bildirin silsinlər. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 22 Yanvar 2021 14:24
Balababa Mecidov kucesi ile Cefer Cabbarli kucesinin kesişmesinden sagi gözlemekle duzune getmek olar?
Taleh | 22 Yanvar 2021 10:45
Orada nişanlara baxmaq lazımdır. Əgər düzünə hərəkətə icazə verilirsə getmək olar.
Avtosfer.az | 22 Yanvar 2021 14:22
Lada vaz 2115 e zavodun qoydugu olculerde diger bir disk qoysam bu elave avadanlig sayilir? Yeninqayda pozuntusudur?
Murad Nasir | 22 Yanvar 2021 02:34
Əgər zavodun verdiyi ölçüdən kənara çıxırsınızsa qadağandır.
Avtosfer.az | 22 Yanvar 2021 14:21
Salam bir maşın lizig olduqda və maşına cərimə gələrsə ödəməzzssə onun ünvanına necə olur məkyub göndərilmir ?
Vuqar | 22 Yanvar 2021 02:09
Salam. Lizing şirkəti sizə məlumat verməli idi.
Avtosfer.az | 22 Yanvar 2021 14:18
Salam 90PT309 qeydiyat niwanli Hazar markali masin kimin adina oldugun bilmek olar?
Anna | 21 Yanvar 2021 22:22
Salam. Bununla bağlı DYP-yə müraciət edin.
Avtosfer.az | 22 Yanvar 2021 14:14
salam.menim masinim 1ton yuk goturur.rayonda yasayiram.men ayda ne geder rusum odemeliyem
mehemmed | 21 Yanvar 2021 13:32
Salam. Yükü özünüz üçün daşıyırsınız yoxsa pul qazanırsınız?
Avtosfer.az | 22 Yanvar 2021 14:13
Dosdum bir ildən çoxdur ki maşın alıb arxası aşağı olduğu üçün cərimə meydançasına aparılıb cəriməsi nə qədərdir???
Surucu | 21 Yanvar 2021 11:02
Əgər asqı sisteminə dəyişiklik edilibsə 150 manat cəriməsi var.
Avtosfer.az | 22 Yanvar 2021 14:12
Salam smsradara verilen sualardan birinde dediklerine gore iwlenib olmuw purjine istismara yararsiz kimi yazaraq 50 azn cerime ede bilirler ? Sizde deyirsiniz hecbir cerime yazila bilmez.Bunun hansi dogru melumatdi ? Men bilmirem hansina inanim.
Vasif | 21 Yanvar 2021 03:58
Salam. Buna görə cərimə yazıla bilməz. Əgər yaylar ölübsə və istismara yararsızdırsa həmin nasazlığı aradan qaldırmaq mümkündür. Belə olan halda 50 manat heç bir halda yazıla bilməz.
Avtosfer.az | 22 Yanvar 2021 13:20
Salam masinin arxa yan ve arxa patprese qarmosqa perdelere icaze var ?
Vasif | 20 Yanvar 2021 20:12
Salam. Bəli olar.
Avtosfer.az | 22 Yanvar 2021 13:18
salam menim masinim hunday sanatadi servisden alinib ypx saxlayibki arka purjunlarin kesilib,8 eded olmalidi sende 6 di,men ona nece subut edimki servisden bele alinib masin
Zaur | 20 Yanvar 2021 13:21
Salam. Avtomobil yenidir yoxsa işlənmiş?
Avtosfer.az | 22 Yanvar 2021 13:18
Salam vaz2107 avtomobilinin on tekeri ile krel arasinda maksimum mesafe(hundurluk yeni) ne qeder olmalidir?
Vusal | 20 Yanvar 2021 12:27
Salam. Belə bir standart yoxdur. Siz sadəcə asqı sistemində heç bir dəyişiklik etməməlisiniz.
Avtosfer.az | 22 Yanvar 2021 13:17
Salam men qaz 31 ri pikap etmek isteyirem xais edirem cavablandirin qaydalari necedi ve birde rusumu tesekkur
Kamran | 19 Yanvar 2021 18:31
Salam. Bununla bağlı öncə DYP-yə müraciət edin. Əgər icazə versələr ondan sonra pikap edə bilərsiniz.
Avtosfer.az | 22 Yanvar 2021 13:16
Salam mənim vtomobilim vaz 2106 di hər il aprelin 10 sugorta və texniki baxişi bir yerdə kecirəm olarki texniki baxişi 10 15 gun sonra kecəm cərmə olunmaramki
Ilqar | 19 Yanvar 2021 12:55
Salam. Texniki baxışın vaxtı bitən gündən sonra 20 gün möhlət verilir. 21 ci günü maşını sürsəniz kamera vasitəsilə 50 manat cərimə tərtib edilir.
Avtosfer.az | 22 Yanvar 2021 13:14