SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

salam.tabesizlik nedir hansi maddedir
Shadi | 8 May 2020 18:10
Salam. Söhbət hansı tabesizlikdən gedir? iki cür tabesizlik var.
Avtosfer.az | 18 Sentyabr 2020 12:42
May ayının 10 da növbəti texniki baxışdan keçirməliyəm. İndiki pandemiya dövründə Texniki baxışın müddəti nə vaxtadək uzadılıb
Mirhəşim | 8 May 2020 15:17
Texniki baxışdan indi keçə bilərsiniz.
Avtosfer.az | 18 Sentyabr 2020 12:41
Glusitel sistemini deyise bilerem bele Mercedes sistemine
MIRGAFAR | 8 May 2020 11:15
Salam. Normativ tələbləri pozacaqsa qadağandır.
Avtosfer.az | 18 Sentyabr 2020 12:40
salam 31 10 dovlət rusmu nedi adma aformut etmək isdeyrem
Saqif | 7 May 2020 14:28
Salam. Mühərrikin həcmi və avtomobilin istehsal ilini yazın.
Avtosfer.az | 18 Sentyabr 2020 12:40
Salam. Mende vaz 2107 di ustunde adi bawajnik var, bugun qayi saxlayib mawini cerime meydancasina apardi. Indi deyir 150 manat getir mawini apar. Neylemek lazimdi Adi normal jiquli baqajnikidi
Zahid | 6 May 2020 19:16
Salam. Əgər normativ tələblərə cavab vermirsə cərimə oluna bilərsiniz.
Avtosfer.az | 18 Sentyabr 2020 12:39
Salam Menim Avtomobil Yük maşınıdır mən onu senedle 8 1 elemek isteyirem bunun üçün hara müraciet etmeliyem
Amil | 6 May 2020 15:23
Salam. DYP- yə müraciət edin.
Avtosfer.az | 18 Sentyabr 2020 12:37
Texniki baxışdan keçmə vaxtını necə öyrənə bilərəm
Sübhan | 4 May 2020 11:32
Dyp-dən soruşun. 902 qaynar xəttindən.
Avtosfer.az | 18 Sentyabr 2020 12:33
vaz2107 de , arxa purjinlerini qizdirib masina pasatka vermeyin cerimesi var varsa ne qederdi , eger varsa bu halda dyp strafnoya aparmalidi masini saxlayanda yoxsa yerinde protokol yazdirib unvana getmek olar
Ferid | 3 May 2020 20:47
Əgər qızdırılan zaman normativ tələbi pozursa qadağandır. Yerində protokol yazaraq avtomobili duracağa aparmalıdır.
Avtosfer.az | 18 Sentyabr 2020 12:30
Salam bmw f30 ses sistemi ve popcorn yigilib senetdede m3 qeyd olunub ses sistemi ve popcoruna gore meni cerime meydancasina aparila bilerem ve cerime oluna bilerem Oluna bileremse eger ses sistemi ve popcoruna gore senetde ne qeyd etmeliyem
Asif | 3 May 2020 13:06
Salam. Əgər işlənmi. qazların xaricetmə sisteminə dəyişiklik edilərək səs desibeli normadan artıq çıxırsa cərimə meydançasına apara bilərlər.
Avtosfer.az | 18 Sentyabr 2020 12:35
salam, hyundai sonata 2015 il , 2turbo nece mashindir, deyermi almagha, ve detallari bahadirmi. Amerikanka olmaghi problemdirmi! Teshekkurler
Shahriyar | 1 May 2020 23:31
Salam. Ustalarla məsləhətləşin.
Avtosfer.az | 18 Sentyabr 2020 12:32
Salam bu arxa qapidaki plyonkaya cerime olunacag
Rahim | 1 May 2020 04:22
Salam. Xeyr arxa yanlardakı plyonkaya görə cərimə yazılmayacaq.
Avtosfer.az | 18 Sentyabr 2020 12:30
Texniki baxiwin giymeti ne gederdir
Tahir Bekirov | 30 Aprel 2020 10:33
Texniki baxişın qiyməti 30 manat 40 qəpikdir.
Avtosfer.az | 18 Sentyabr 2020 12:31
Salam.Mənim qeydiyyatım Nəsimi rayonundadır. Avtomobilim öz adımadır. Texniki baxışı harada kecmək lazımdır Ünvanı bimirəm.Cox sağolun.
Rauf Mustafayev | 30 Aprel 2020 09:19
Salam. İstənilən texniki baxış mərkəzində (Zabratda, Qaradağda, Sumqayıtda, İmişlidə, Tovuzda və.s) keçə bilərsiniz.
Avtosfer.az | 18 Sentyabr 2020 12:28
Baki şəhərində elə stend harda var
Rəşid | 30 Aprel 2020 03:55
Harada stend olmasını biz bilmirik. Özünüz axtara bilərsiniz.
Avtosfer.az | 18 Sentyabr 2020 12:25
Salam Rus istehsali avtomobile pnevmatik asqi qurashdirib onu nece qanuni sekilde senedleshdirmek olar ki dyp saxliyanda prablem yasatmasin
Ramal | 29 Aprel 2020 23:32
Salam. Bu dəyişiklik qanunla sənədləşdirilə bilməz. Əgər quraşdırdığınız pnevma normativ tələbi pozmursa iazə var.
Avtosfer.az | 18 Sentyabr 2020 12:23
Salam . Arxa qapi şüşelerine plyonka vurmağa icaze verilir mayin 1-inen
Ferid | 29 Aprel 2020 21:36
Salam. Bəli icazə verilir.
Avtosfer.az | 18 Sentyabr 2020 12:22
Salam. 2007ci il Mercedes C klass 2.2 dizel matorunun gömrük qiymeti ne qederdir
Rüstəm | 29 Aprel 2020 08:11
Salam. Bunu siz özünüz Gömrük Komitəsinin kalkulyatorunda hesablaya bilərsiniz. Google da gömrük kalkulyatoru yazın çıxacaq.
Avtosfer.az | 18 Sentyabr 2020 12:22
Avtomabilimin texniki baxış vaxtın necə öyrənim
Sübhan | 29 Aprel 2020 02:32
Salam. Bunun üçün DYP-yə müraciət edin.
Avtosfer.az | 18 Sentyabr 2020 12:20
Salam,ne menim nede yoldawimin adina hec1 denede olsa mawin yoxdu,ancaq e-sosial dan xeber gelib ki adiviza mawin olduguvuza gore size 190 azn verilmidesine imtina etmiwdiler.Nece yoxliya bilerem onuAncaq 100eminem ki adimiza mawin yoxdu.
Lala | 28 Aprel 2020 05:19
Salam. Bəlkə etibarnamə var? Etibarnamə olanda da verilmir.
Avtosfer.az | 18 Sentyabr 2020 12:19

Salam,adima mawin olub olmadigini nece yoxliya bilerem

Lale Agasiyeva | 28 Aprel 2020 05:13

Salam. dyp.gov.az saytina daxil olub muraciet edin, size cavab verilecek

Avtosfer.az | 29 Aprel 2020 01:19
Salam Maşının Arxa Padpresine Nese bir şekil yapışdırmağ qadağandırve ne uçun maşına arxaya ölü purjin qoymaq qadaqandır o ki konustruksiya deyişikliyi deyil cehmet olmasa cavablandırardız
Ekber | 27 Aprel 2020 13:34
Salam. Arxa şüşəyə nə şəkili yapəşdırırsınız? Yaylar əgər normativ tələbi pozmursa qadağan deyil.
Avtosfer.az | 18 Sentyabr 2020 12:19
Salam mən ucuz maşın istiyirəm fərq etməz ucuz olsun
Xelil | 26 Aprel 2020 04:27
Salam. Bizdə avtomobil satılmır. Bura xəbər saytıdır.
Avtosfer.az | 18 Sentyabr 2020 12:17
Atam mene suruculuk vesiqemin son tarixinecen etibarname verib dostum hemen masini idare ede biler men yaninda ola-ola
Anar | 24 Aprel 2020 19:15
Bəli, siz avtomobildə olmaq şərti ilə digər sürücülük hüququ olan şəxsə verə bilərsiniz.
Avtosfer.az | 18 Sentyabr 2020 12:17
Salam, Məştağada yerləşən diaqnostik mərkəzinin işləyib-işləməməsini necə öyrənə bilərəm. Oranın telefon nömrəsini tapa bilmədim.Avtomobili texniki baxışdan keçirməliyəm, halbuki 27 apreldən sms-lə verilən 3 saatın yetərsiz olacağı ehtimalı var. Bu halda nə etməliyəmTəşəkkür edirəm!
Rauf | 24 Aprel 2020 14:09
Salam. Oranın nömrəsini biz bilmirik. İndi sərbəst şəkildə gedib keçə bilərsiniz.
Avtosfer.az | 18 Sentyabr 2020 12:16
Salam sualim generalni davernusla olkeden cixişa icaze var
Abbas | 24 Aprel 2020 13:10
Salam. Bəli var.
Avtosfer.az | 18 Sentyabr 2020 12:15
salam menim adim muradi men vayinkamat sotuna məktəb oxuyuram imtahanlar hacan baslayir bilmey istiyirem
murad | 22 Aprel 2020 20:37
Salam. Onu biz bilmirik. Bunun üçün Səfərbərlik xidmətinə və yaxud DYP-yə müraciət edin.
Avtosfer.az | 18 Sentyabr 2020 12:15
Salam.Men 9 ay evvel maşın almışam lada 2115etibarnamenin vaxtına 3 ay qalıb.Maşını alanda mene Neqliyyat vasitesinin uçot kartoçkası müveqqti verilib onunda vaxtı bitib.Onu nece yenileye bilmerem
Ramal | 22 Aprel 2020 14:44
Salam. Bunun üçün müvafiq sənədlərlə birgə DYP-yə yaxınlaşmalısınız.
Avtosfer.az | 18 Sentyabr 2020 12:11
Salam!Cavaba görə cox sağolun.Normativ tələblərini necə bilim ki pozmurServisdə quraşdırılsa və arayış verilsə, belə idman usublu yaylarnan avtomobili idarə edə bilərəm
Rəşid | 21 Aprel 2020 12:05
Salam. Buna görə arayış verilmir. Siz onu quraşdırandan sonra stend olan servisdə yoxlada bilərsiniz.
Avtosfer.az | 18 Sentyabr 2020 12:10
Mühərriki işə salanda ABC nin işığı yanır Marka Volksfagendi.1 aydı servizin xəbərdarlıq işıgı yanır.
Elman | 20 Aprel 2020 05:15
Bura saytdır, servisə baxmırıq.
Avtosfer.az | 18 Sentyabr 2020 12:09
Salam 90 ZB 922 NOMRELI MASININ TELEFON NOMRESIN DEYERDIZDE
Afet | 17 Aprel 2020 17:58
Salam. Bunun üçün Dövlət Yol Polisi idarəsinə müraciət etməlisiniz.
Avtosfer.az | 18 Sentyabr 2020 12:08