SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

İmtahana hazirliq

Gultekin | 6 Aprel 2020 13:57

Sualını aydın olmadı.

Avtosfer.az | 7 Aprel 2020 22:20

Salam hormetli sayt emekdashi.Men avtomobilimin muherrikini gelecekde yenisi ile evezlemek ucun nomresiz etmek isteyirem.Xahish edirem mene bu prosedurani izah edin,muherriki texpasportda nece nomresiz qeyd oluna biler.Rusum ne qederdir ve burda odeye bileremmi

Orxan | 5 Aprel 2020 23:12

Salam. Buna görə nömrəsiz mühərrikin sənədi olmalıdır. Sənədi varsa quraşdırandan sonra dyp ya gedin və 45 manat ödəməklə qeydiyyat şəhadətnaməsini dəyişin.

Avtosfer.az | 7 Aprel 2020 22:18

Salam maşının texniki baxışdan keçməsi karantin dövrü təxirə salinmayib ki

azad Bedelov | 5 Aprel 2020 17:13

Salam. Təxirə salınıb.

Avtosfer.az | 7 Aprel 2020 22:17

Salam. Mənim avtomobilimin 11.04.2020-ci ildə tekniki baxış və sığortasının vaxtı bitir. Məlum karantin günləri ilə əlaqədar mənə möhlət veriləcəkmi Belə olan halda mən nə etməliyəm Öncədən təşəkkür edirəm!

İlqar | 5 Aprel 2020 15:52

Salam. sığortaya görə möhlət verilməyib. Texniki baxışa görə cərimə yazılmayacaq. Amma sığortalatdirın mütləq

Avtosfer.az | 7 Aprel 2020 22:16

Salam ver vaxtıvız xeyr olsun. İnstaqram sehifesinde paylaşilan vidoya göre menim maşnimi dayanacağa qoyublar ve 511.1madesine esasende avtoxuliaqn pratokolu açıblar qerarsız. Maşnimda vermiler her defisnde gedirem deyiler mehkemeden sonra verilecek, heç bir nişan göstericsi olmayan kuruqa protiv girmişem bu avtoxuliqan sayılırmı

Elmar | 4 Aprel 2020 06:34

Salam. 90-VO-302 olan Niva?

Avtosfer.az | 7 Aprel 2020 22:12

Menim xalamqizi daye isdiyir giris cixisada icaze verilmir. Resmi is yeri deyil nece elesinki ise gedib gelsin. 3 atasiz usag boyudur. Sumqayitdan bakiya geden avtobusla gede biler

Emin | 3 Aprel 2020 16:13

Mövcud vəziyyətə görə mümkün olmayacaq.

Avtosfer.az | 7 Aprel 2020 22:09

Salam bilmey isdeyirdim 30 azn liy siqnala gore ne qeder cerime edirler Danq danqin kitay varyantidi

Elnir | 3 Aprel 2020 09:47

Salam. Fərq etməz 500 mamatdan 800 manata kimi cəriməsi var.

Avtosfer.az | 7 Aprel 2020 21:58

Salam

Elnur | 3 Aprel 2020 09:46

Salam.

Avtosfer.az | 7 Aprel 2020 21:58

99ZF332

Tərlan | 2 Aprel 2020 10:37

Sualınızı aydın yazın.

Avtosfer.az | 7 Aprel 2020 21:57

salam. ypx tabesizlik gosterdiyim zaman ne qeder crrime oluna bilerem

zaur | 31 Mart 2020 11:59

Salam. Saxla əmrinə tabe olmayanda 4 bal 80 manat. Amma ümumi tələblərə riayət etmədikdə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Avtosfer.az | 7 Aprel 2020 21:57

Salam avtomabilin senedleri itirmiwem ve avtamabil menim adimadi o senedlere xitam verdirdim indi men o senedleri yeniden berpa etmey ucun qeydiyatda oldugum unvana getmeliyem yoxsa harda yawayiramsa o unvada asan xidmetde perpa ede bileremmi

Elsen | 26 Mart 2020 16:25

Salam. Qeydiyyatda olduğunuz ünvanın qeydiyyat-imtahan şöbəsində qeydiyyat şəhadətnaməsini və istənilən asan xidmətdə isə sürücülük vəsiqəsini bərpa edə bilərsiniz.

Avtosfer.az | 7 Aprel 2020 21:55

Salam. Cerimeler sisteme nece muddet erzinde dusmelidir

Boyukbey | 25 Mart 2020 18:15

Salam. Elektron qərarlar maksimum 1 gün ərzində

Avtosfer.az | 7 Aprel 2020 21:53

Bakı şəhərində daima qeydiyyatda olan və Bakıda işləyən Azərbaycan Respublikasının vətəndaşı, Novruz Bayramı ilə əlaqədar öz xüsusi avtomobili ilə rayona getmişdir və hazırda Bakıya qayıdır. Sual: Bu halda həmin şəxs Operativ Qərargahın qərarına əsasən 14-21 günlük karantinə götürülməlidir ya yox Təşəkkür edirəm!

Aslan Ramazanov | 24 Mart 2020 07:28

Karantinə yalnız xəstəliklə bağlı şübhə olan şəxslər aparılır.

Avtosfer.az | 7 Aprel 2020 21:52

Axsaminiz xeyir biz masini oz admiza kecirmey isteyirik bizde olan itibarnamenin son mudeti 16 aprele kimidir bize bir komeyliy gostere bilersizmi

Cemil | 23 Mart 2020 19:18

Salam. Yaxınlaşın DYP-yə orada avtomobili qeydiyyata qoyun.

Avtosfer.az | 7 Aprel 2020 21:49

Salam maşının rengini texpasportda 2li etmek istiyirem onun rüsumu ne qederdirMes :ağ-qara masının öz rengi ağdı

Resul | 23 Mart 2020 16:26

Salam. 45 manatdır rüsumu. DYP yə rəsmi müraciət edib icazə alın öncə.

https://dyp.gov.az/?/az/online/

Avtosfer.az | 7 Aprel 2020 21:48

90 BO 768 nömrəli maşının sahibi kimdir

Məlahət | 19 Mart 2020 13:34

DYP-yə mūaciət edin.

Avtosfer.az | 7 Aprel 2020 21:47

Salam. Avtomobilin yük yerinə neçə kiloqram yükə icazə var

Fəqan | 18 Mart 2020 18:14

Salam. Hər avtomobildə fərqlidir. Avtomobilin kitabçasina baxin və ya internetdə axtarış verin.

Avtosfer.az | 7 Aprel 2020 21:45

90-RO-661 kimin adınadır

Ramin | 18 Mart 2020 10:09

DYP-yə müraciət edin.

Avtosfer.az | 7 Aprel 2020 21:44

Salam mende Vaz 2109 il 1993 avtomobilidir...arxada kemer yeri yoxdur.kemer olmadigina gore ne etmeliyem Suali oxuyanlardan kimdese bele vaz mawini varmi

Shamo | 17 Mart 2020 16:55

Salam. Quraşdıra bilərsiniz. Öncə kəmər alın və sonra ustaya gedin quraşdırsın.

Avtosfer.az | 7 Aprel 2020 21:43

salam masini teze almisam.Nomre 99ladir ozumde Semkirde yasayiram indi masin Baki qeydiyyatinda sayilir ya Smkir

resad | 17 Mart 2020 14:54

Salam. Maşın kimin adınadırsa həmin adamın qeydiyyatda olduğu ünvana aiddir.

Avtosfer.az | 7 Aprel 2020 21:41

Salam!Lada Priora-ya idman usublu yayları quraşdırmağa icaze varYayların sertifikatı var.

Rəşid | 17 Mart 2020 14:19

Salam. Əgər normativ tələblər pozulursa qadağandır quraşdırmaq. Sertifikatın olub-olmaması önəmli deyil.

Avtosfer.az | 7 Aprel 2020 21:40

Salam menim yol polisinnen iwkayetimi bildirmek isteyirem kime ve hata iwkayetimi bildirim

Ugur huseynov | 17 Mart 2020 06:11

Salam. https://dyp.gov.az/?/az/online/ 

Bu linkə daxil olun və xanaları dolduraraq şikayətinizi göndərin.

Avtosfer.az | 7 Aprel 2020 21:39

Salam arxada tehlukesizlik kemeri yoxdusa cerime neqededi

Elsen | 17 Mart 2020 05:09

Salam. 50 manat.

Avtosfer.az | 7 Aprel 2020 21:37

Resmi servizde maslnln matoru deyisilende Bas dovlet yol polos idaresinde tekrar rey almaga ehtiyyac var.tex pasporta yazllmasl ucun

Taleh Elicanov | 16 Mart 2020 13:56

Mühərrik quraşdırılandan sonra  mənbə sənədi ilə birlikdə BDYP-ya yaxınlaşıb qeydiyyata qoya bilərsiniz.

Avtosfer.az | 7 Aprel 2020 21:37

Salam mashinda sesbogucu iki bashligli qoymaq olur yeni glushitelden chixishi iki dene

Zaur | 16 Mart 2020 12:53

Əgər yaraşıq üçün quraşdırırsınızsa heç bir problem yoxdur

Avtosfer.az | 7 Aprel 2020 21:35

salam. maşın 11 aylıq etibarnamə ilə mənim adıma verilib.Etibarnamənin vaxtının bitməsinə 18 gün qalır.Mən hansı tarixə kimi həmin maşını öz adıma sənədləşdirə bilərəm və necə Zəhmət olmasa meil vasitəsilə cavab verərdiniz.Bir rica...

PƏRVİZ | 16 Mart 2020 11:33

Salam. Etibarnamə bitən tarixə kimi qeydiyyat əməliyyatı etmək olar. 

Avtosfer.az | 7 Aprel 2020 21:34

Salam 99 222 nomrenin dovlet rusum neceyedi

Taleh Elicanov | 15 Mart 2020 19:24

Salam. Hərf kombinasiyası fərqlidirsə 500 manat, cüt hərfdirsə 1000 manatdir rüsumu.

Avtosfer.az | 7 Aprel 2020 21:33

Salam.cerimem olub yadimnan cixib odememisem.yol polisi saxlayibki cerimeni 3 aydi odememisen masin dayanacaga getmelidi.cerimeni yerinde odemek olarve birde 50 aznlik cerimeye gore mennen 120 azn pul alib buraxdilar.

Zaur | 13 Mart 2020 13:46

Salam. Yerində ödəmək olmur təəssüf. Əgər bank kartınız olarsa onlayn internet vasitəsi ilə ödəyə bilərsiniz. 50 manatlı cəriməyə görə 120 manat ala bilməzlər. Şikayət edin.

Avtosfer.az | 7 Aprel 2020 21:31

Salam sizə Nivanın arxa yaylarının ölü olmağına görə yazmışdım. Təşəkkür edirəm cavablandırdığıvıza görə. Bu səbəbdən mənim maşınımı 2dəfə cərimə meydançasına aparıblar və bildiriblərki bu konstruksiya dəyişikliyidir. Bilmək istərdim hansı maddəni əsas tutub bunun cəriməsi olmadığını DYP əməkdaşına bildirim Mümkünsə tam aydın izah edərdiz. Bir daha təşəkkürümü bildirirəm.

Ehmed | 12 Mart 2020 20:49

Qeyd edək ki, birincisi yayları siz kəsməmisiniz. Özü ölübsa ona hansı maddə tətbiq edə bilərlər? Elə bir maddə yoxdur.  Polis deyə bilər ki istismara yararsız olduğu üçün duracağa aparıram maşını. Amma o fala baxıb bildir ki, maşın istismara yararsızdır? Yayların ölməyi istismara yararsız olmağı demək deyil. Onu hansî polis ele düşünürsə deməli sürücünü aldadır.

Avtosfer.az | 7 Aprel 2020 21:29

Salam. Mənim maşınım Nivadır. Arxa yayları loru dildə desək ölüb və maşının arxa hissəsi qabağa nisbətən aşağıdı. Belə vəziyyətdə məni cərimə gözləyir Və cərimə meydançasına aparıla bilər maşın

Ehmed | 11 Mart 2020 21:25

Salam. Belə vəziyyətdə sizə heç kim cərimə yaza bilməz. Kimsə yazsa qeyri-qanunidir.

Avtosfer.az | 12 Mart 2020 14:28