Avtosfer.az | Reklam
SUAL-CAVAB
Ad
E-mail
Fayl
Sualınız
Ppx mashini hansi hallarda saxlaya bilerBezen yanlishliqlara rastlashiriq.Saxladiglari zaman ogurlug bash verib yadaki shubheli shexs deyirler . Men polisin sozlerine inanmaliyam yoxsa bu haqda nese bir sene teqdim olunmalidir.
Zaur | 23 Fevral 2020 13:51
Yol hərəkəti qaydasının pozulmasına görə PPX əməkdaşları sizi saxlaya biməz. Lakin hansısa bir cinayət faktında şübhəli avtomobillər və şübhəli şəxslər olarsa o zaman şübhəli şəxs qismində sizi də yoxlaya bilərlər. Bunun üçün hər hansı bir sənəd olmur.
Avtosfer.Az | 24 Fevral 2020 13:32
Salam mende lada 21099 du 1997ci ilin karbirattrasda 11 litr yanacaq yandirir ancaq trasda sururəm sehere az az girirem ne meslehet gorerdiz kompresstezyiqi 9.7.8.9 cixir usdelik yağ yeyir mat600km surdum yarim litir yag azaldi
Rəşid | 23 Fevral 2020 03:37
Bu barədə "Vaz"-ın Bakı-Sumqayıt yolunda yerləşən rəsmi servisinə yaxınlaşmağınız tövsiyə olunur.
Avtosfer.Az | 24 Fevral 2020 13:27
99 ile 222 nomresini neçiye ala bilerem
Subhan | 20 Fevral 2020 06:45
Həmin qeydiyyat nişanının dövlət rüsumu 500 manatdır. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edin.
Avtosfer.Az | 24 Fevral 2020 13:24
Salam.Yanvarin 23 de DYP terefinden saxlanildim ve senedlere baxish kecirilerken etibarname ile idare etdiyim avtomobilomde 9 radarin oldugu muyyen olunub ve hebs qoyuldugu bildirilib.Avtomobil Qusar rayonunda duracaga qoyuldu elimnen alinib.Bu radarlarinda hamisi qerarli gosterirdi ve 6 nin ustune debbe pulu gelib menimse unavnima bu radarlar barede mektub gelmeyib.Birsheyde maraqlidiki debbe pulu gelmelidise niye hamsina gelmir.Mektub gelmiyibse sistemde qerarli gosterib ustunede debbe pulu gele bilermiGele bilerse qanunidise bes niye cerimelerin hamsinin ustune debbe pulu gelmir hamsi kohnedi en azi 11 ayin.
Ismayil | 20 Fevral 2020 01:30
Salam. Ünvana məktub gəlməyibsə rəsmi çatdırılmış hesab edilmir.  Ona görə də faizlərin gəlməsi qanunsuzdur. Bu barədə https://dyp.gov.az/?/az/online/ linkə daxil olaraq DYP-nin baş idarəsinə rəsmi şikayət ünvanlaya bilərsiniz.
Avtosfer.Az | 24 Fevral 2020 13:22
Salam avtomabili həyat yoldaşima bağışlayıram ada jecirmek uxun nə etməliyəm
Ilkin | 19 Fevral 2020 14:45
Salam. Şəxsiyyət vəsiqələri və digər avtomobilə aid olan sənədlərlə birgə həyat yoldaşınızın qeydiyyatda olduğu rayonun (məs: Bakı şəhəri qeydiyyatındadırsa Xırdalandakı baş idarəyə) qeydiyyat imtahan şöbəsinə yaxınlaşın və avtomobil müayinə edildikdən, o cümlədən müvafiq ödənişlər ödənildikdən sonra avtomobil addan ada keçiriləcək.
Avtosfer.Az | 24 Fevral 2020 13:16
Bakı 20 yanvar küçəsi 2016 iyul yol qəzası yol polisini vurdu
Dilarə | 18 Fevral 2020 18:59
Salam. Görüntü var?
Avtosfer.Az | 19 Fevral 2020 13:33
Salam. Mende rus nomreli avtomobildir. Qeza toretdiyim zaman qaida mennen etibarnamenin Azerbaycan diline tercumesini isteyirler. Deyirem bu gun gedib tercume eliyim getirim. Deyir yeni tarixde olan tercume uje sayilmir. Bu ne derecede dogrudur
Orxan | 18 Fevral 2020 04:49
Salam. Düzgün deyil. 902 qaynar xəttinə şikayət edin.
Avtosfer.Az | 19 Fevral 2020 13:31
Salam men bilmek isteyiremki vaz2107 markali avtomobill ucun 14 luk diskler qoyula biler yoxsa qadagandir.
Vuqar | 17 Fevral 2020 23:14
Salam. Zavod 13-lük ölçü veribsə ondan kənara çıxmaq olmaz.
Avtosfer.Az | 19 Fevral 2020 13:23
Salam. Avtomobilimin qeydiyyat nişanını satmışam lakin bu prosedurun həyata keçirdilməsi barəsində heç bir məlumat tapa bilmirəm. Bu barədə ətraflı məlumat vermənizi Sizdən xaiş edirəm. Prosedur qaydaları, rüsumlar və sair. Öncədən təşəkkür.Hörmətlə Kənan
Kənan | 15 Fevral 2020 09:21
Salam. Qeydiyyat nişanını ayrılıqda satmaq qanunvericilikdə nəzərdə tutulmadığı üçün sizə heç bir cavab verə bilməyəcəyik. Avtomobilin üzərində olmaq şərti ilə nömrələri dəyişmək olur. Onun üçün isə sənədlərlə birgə DYP-nin qeydiyyat imtahan idarəsinə yaxınlaşmalısınız. 
Avtosfer.Az | 19 Fevral 2020 13:18