Müəmmalı protokola aydınlıq gətirildi – SƏHV OLUB

Xəbərlər 31 İyul 2017 16:35 Oxunub 2072
Müəmmalı protokola aydınlıq gətirildi – SƏHV OLUB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün avtomobili özünə qaytarılıb

Bu gün səhər “Mercedes” markalı avtomobilin düşdüyü radarla bağlı MMX protokolun “Opel” markalı avtomobilin sürücüsünə göndərilməsi ilə bağlı xəbər vermişdik. (Növbəti protokol müəması: şəkildə "Mercedes", cərimə olunan "OPEL"– FOTO) Sürücü bu səhv protokola görə avtomobilin cərimə meydançasına aparıldığını bildirmişdi. 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, məlumatdan dərhal sonra araşdırma aparılıb və həmin protokolun həqiqətən də səhv tərtib edildiyi üzə çıxıb. Maşının nömrəsi ilə bağlı bir hərif səhvi nəticəsində protokol başqa sürücüyə göndərilib. K. Əliyev onu da əlavə etdi ki, “Opel” markalı avtomobilin sürücüsü idarəyə dəvət edilib və avtomobili geri qaytarılıb. 

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh