Nəsimidəki "avtoş 07" yenidən oyun çıxardır - VIDEO

Avtosfer TV 21 İyun 2018 11:37 Oxunub 6021
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görünür ki, bu “cəza” sürücüyə azlıq edib

Bir müddət əvvəl Avtosfer.az portalında Nəsimi rayonu ərazisində “Bakıda qeyri-adi hadisə - Nəsimi DYP “avtoş”u saxlamadı – VİDEO” adlı yazı dərc edilmişdi. 10 OP 027 dövlət nömrə nişanlı, “VAZ 21 07 ” markalı avtomobilin konstuksiya dəyişiklikləri etməsi və rayon ərazisində “avtoşluqla” məşğul olması ilə bağlı məlumat dərc etmişdik. Ardınca Nəsimi Yol Polisi Şöbəsi həmin avtomobili saxlayıb cərimə meydançasına aparmışdı. Bununla bağlı da Avtosfer.az satyında “Nəsimidə "07"ni bu hala salan "avtoş" saxlanıldı – FOTO” adlı yazı dərc edilimişdi. Yol polisi avtomobili yalnız konstruksiya dəyişiklikləri aradan qaxdıqdan sonra cərimə meydançasından buraxacağını aşıqlamışdı.

Avtosfer.az saytının oxucusu həmin “07” ilə bağlı yeni video göndərib. Videodan da göründüyü kimi nə konstruksiya dəyişiklikıəri düzəlib, nə də avtomobil norml vəziyyətdədir. Əksinə olaraq hələ bir farası da yoxdur. Bu azmış kimi küçədə hərəkət edərkən “avoşluq” edərək təhlükəli hərətəklər törədir. 

Cəmiyyətə bu qədər hörmətsizlik etmək nə dərəcədə doğrudur. Yoxsa Yol polisi əməkdaşları bir "avtoşun" öhtəsindən gələ bilmir? 

Görünür ki, bu “cəza” sürücüyə azlıq edib. Avtosfer.az olaraq məsələni gündəmdə saxlayacağıq. Həm Bakı şəhər Yol Polisi İdarəsinə, həm də Nəsimi DYP-yə müraciət edərək bu avtoxuliqan barədə lazımı ölçü götürülməsini xahiş edirik.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh