Qızıl alarkən aldadılmamaq üçün bunları etmək mütləqdir - MÜTƏXƏSSİSDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ - FOTO

Qızıl hər zaman həm sərmayə, həm də zinət əşyası kimi böyük maraq doğurur.
Avtosfer.az xəbər verir ki, xüsusilə də son illərdə iqtisadi qeyri-sabitlik fonunda vətəndaşların qızıla olan tələbi daha da artıb. Lakin bu maraqdan sui-istifadə edənlərin sayı da az deyil.
Bəzən vətəndaşlar qızıl adı ilə saxta və ya aşağı keyfiyyətli məhsullar alaraq maddi və mənəvi zərərə uğrayırlar. Bu kimi hallarla qarşılaşmamaq üçün düzgün qızıl seçimi və alış mərhələsində diqqət edilməli mühüm məqamlar var.

Məsələ ilə bağlı Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov saytımıza açıqlamasında deyib ki, qızıl və digər qiymətli məmulatların keyfiyyətinin qorunması, istehlakçıların aldadılma ehtimalının azaldılması həm zərgərlər, həm də alıcılar üçün önəmli məsələdir:
"Hazırda bazarda bu kimi halların qarşısının alınmasına iri bazar iştirakçıları da maraq göstərir. Azərbaycan Zərgərlər Assosiasiyası bu istiqamətdə mütəmadi maarifləndirici tədbirlər həyata keçirir. Qurum tərəfindən sahibkarlarla yanaşı, vətəndaşlara da dəstək verilir ki, əməkdaşlıq edilən laboratoriyalarda zərgərlik məmulatlarının keyfiyyətini ödənişsiz şəkildə yoxlatsınlar".

Rövşən Əmircanov qeyd edib ki, qanunvericilikdə bununla bağlı müəyyən tənzimləyici qaydalar mövcuddur:
"“Qiymətli metallar və qiymətlidaşlar haqqında” qanunun 10.3-cü bəndinə görə, satışda olan zərgərlik və məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır. Alıcı məhsulu alarkən mütləq şəkildəbu damğanın olub-olmadığını yoxlamalıdır".
Assossiasiya təmsilçisi onu da vurğulayıb ki, üzərində qiymətli daşlar olan zinət əşyaları üçün sertifikatlar tələb olunmalıdır. Həmin sənədlərdə daşın çəkisi, xalisliyi, rəngi və digər texniki göstəricilər əks olunmalıdır. İstehlakçılar qızıl və zinət əşyaları alarkən əyar göstəricilərinə (məsələn: 585, 750, 999.9) diqqət yetirməli, keyfiyyəti təsdiqləyən sertifikat və kassa çeki tələb etməli və məhsulun dövlət damğası ilə damğalandığını yoxlamlıdırlar.

Fidan
Zəmanətli məhsullarla bağlı qaydalar necə tənzimlənməlidir? – MÜTƏXƏSİSSLƏRDƏN AÇIQLAMA - FOTO
Avtomobil satışında lider şirkət – 4 ildir birincidir
Bakıda bu maşın 12 min manata satılır - FOTO
Tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılır
“NAZ-Lifan” istehsalı dayandırıb? - Bir ildə cəmi 30 maşın...
Çoban robot da yaratdılar
Bakıda 460 min manatlıq “Lamborghini” satıldı
Maşın bazarında son vəziyyət; 10 minlik maşınlar 6 minə düşüb - FOTO
Təcili satılır
“Priora” cəmi 7 min manata?
«Jaguar Land Rover» satışı dayandırdı











