SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Maşında aparuraya göre cerime var .birde günorta vaxtı yüksek sesnen mahnı oxudmaqin cerimesi var
Ceyhun | 29 İyun 2026 00:43
Cəriməsi yoxdur.
Avtosfer.az | 29 İyun 2026 10:37
Salam.Mənim maşınım 77-TD-247-dir.Bugün mənə sürət həddi aşma ilə bağlı 50 manat 2 bal cərimə gəlib.Halbuki foto videoçəkilişdə tayota markalı 77-TQ-247 nömrəli maşındır.Protokolun nömrəsi EQ37213674 dür
Cavad | 28 İyun 2026 10:08
Salam. DYP-yə rəsmi ərizə ilə müraciət edin, siləcəklər. E polis vasitəsilə onlayn ərizə yaza bilərsiniz.
Avtosfer.az | 29 İyun 2026 10:36
Avtomobil nomresini bron etmek
Kamran | 27 İyun 2026 18:44
Qanunda nömrənin bron edilməsi yoxdur.
Avtosfer.az | 29 İyun 2026 10:35
07 bufersiz cərimə varmı ?
Revan | 26 İyun 2026 20:11
Buferin olmaması nasazlıqdır. Əgər nasazlığın aradan qaldırılması mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 29 İyun 2026 10:34
İşlə bağlı maraqlanırdım
Elnur | 26 İyun 2026 09:10
Biz xəbər saytıyıq.
Avtosfer.az | 29 İyun 2026 10:33
50-CA-246 nömrəli maşını tapmaq istəyirəm
Əli | 24 İyun 2026 15:53
Bizdə belə məlumatlar olmur. Bunu yalnız DYP bilir.
Avtosfer.az | 29 İyun 2026 10:32
Salam Menim avtomobilimin ön şüşesi olimpiya di üstünde yazıb ki transparency 75%, yeni tündluyu 25% di Bunun üçün cerime ola biler? 2107 di
Miri | 24 İyun 2026 15:00
Salam. Alın şüşəsi 75 fazi şəffafdırsa cəriməsi yoxdur. 75 faizdən az olduqda cərimə yazıla bilər.
Avtosfer.az | 29 İyun 2026 10:32
Maşını ada keçirmək olur onlayin
Əlixan | 24 İyun 2026 11:19
Onlayn xeyr. Yaxınlaşmalısınız DYP-yə.
Avtosfer.az | 29 İyun 2026 10:31
Basoofka ve ses güclendirici goymaq cermesi var mı ama qutu şeklində basofkadır yerinde çıxardıla bilen
Cemil | 24 İyun 2026 05:31
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/masina-usilitel-qurasdirmaq-elave-avadanliqdir-ceri%CC%87mesi%CC%87-yoxdur-139532
Avtosfer.az | 29 İyun 2026 10:30
Salam Cəriməni başa düşdüm. Haqlıdır. Mən tapıb oxuya bilmirəm. Xahiş edirəm ki, nömrə haqda olan qanunun şəklini və maddəni mənə göndəsiniz. Qaldı ki YPX əməkdaşlarının heç bir qanun pozmadığım halda avtomobillə dönub ardımca gələrək məni içki qəbul etmiş olduğumu soruşmagı və mənə test etməyi tələb etməsi, güya məndən şübhələnməsi də qanunidirmi?
Qaməd | 23 İyun 2026 12:16
Şübhələnməsi qanunidir. Əgər sərxoşluqla bağlı şübhə varsa saxlaya bilər.
Avtosfer.az | 29 İyun 2026 10:29
Salam menim masinimin nomresi ezilibdi onu temire vere bilerem?
Tural | 23 İyun 2026 05:19
Salam. Təmirə verməkdənsə 1 ədədi 15 manatdır. Yaxınlaşın Baş Dövlət Yol Polisi İdarəsinə, yenisini alın.
Avtosfer.az | 29 İyun 2026 10:21
Salam
Esger | 22 İyun 2026 16:53
Salam
Avtosfer.az | 29 İyun 2026 10:21
Salam. Hörmətli ekspertlər! Mən sizdə həm öyrənmək. həm də məsləhət etmək istəyirəm. Çünki sizin bəzi dedikləriniz müstəqil ekspertlərin və hüquqşünasların dedikləri ilə düz gəlmir. Məsələn biri elə avtomobillərin təkrar qeydiyyatı ( ada kecirmə-aformut) zamanı nömrənin saxlanılması. Onlar deyir ki qalmalıdir ( heç bir məhdudiyyət yoxdur). Siz isə MERO deyəni deyirsiniz, yəni ki, ərizə(razılıq)lazımdır.Elə ki,onların istədiyi 50-70 manatı verirsən, onda nə ərizə istəyirlər, nə də razılıq lazım olmur. Sürücülər kimə inansın: sizə, onlara, yoxsa MERO əməkdaşlarına? İndi isə başıma gələnləri sizə danışıram: Bu hadisə eynilə bir dəfə mənim başıma gəlib. İndi də oğlumun. Hər ikisini də Şamaxı rayon YPB-nin rəisi özü edib. Deməli mən yol gəlib kəndə-evimizə dönəndə olmusdu-sizə də yazmışdım. İndi oğlum isə avtomobillə kəndin içərisində qohum evinə gedərkən küçə dar olduğu üçün kəndin girəcəyində çıxib(magistrala-asfalta çıxmadan) maşını döndərib 50 metr arxaya-dayisigilin qapisına getmək istəyib. Bu zaman asfaltla gedən DYP maşını kəndin içinə dönüb girərək qohumun qapısında oğlumu dayandırıb və ondan şübhələndiyini,yəni içkili olduğunu israr edib. Eynilə mənə dediyi kimi: " içmişəm, məni gördün və qaçmaq üçün kəndə girdin"deyib. Nəticədə isə ortada içki olmadıginda boş getməmək ücün ( qohum qapısında (onun cavan və təcrübəsiz olduğundan istifadə edərək) oğluma 40 manat kəmərsizsən deyə cərimə yazıb. ( bunu mənə etməmişdi, edə bilməmişdi. Mən lazımi cavabı vermişdim). Xahiş edirəm bir insan kimi bu hərəkəti düzgun,qanuni hesab edirsinizmi. İnsanlığa sığarmi? Bunlar pul almaq üçün hər dona girirlər, hər şəyə əl atırlar. Bunların bir böyüyü, rəhbəri-yiyəsi yoxdurmu? Şərəfli polis beləmi olur?
Qaməd | 21 İyun 2026 23:31
Salam. Biz qanunla danışırıq. Mülki Məcəlləyə görə qeydiyyat nişanının avtomobilin üzərində qalması üçün ya mülkiyyətçi alqı-satqıda iştirak etməlidir, ya da ki, notarial qaydada ərizə verməlidir. Digər məsələnizə gəldikdə isə, oğlunuz kəmər taxmamışdısa düzgün yazılıb cərimə.
Avtosfer.az | 22 İyun 2026 15:27
Masin harda radara dusub
Elvin | 21 İyun 2026 21:01
Hansı maşın? Protokola baxın. Orada yazılır hər şey.
Avtosfer.az | 22 İyun 2026 15:23
Kaylover seefikatı bmw zafod verdiyi sergikat var buna göre yol polisi cərimə Meydanına apara bilər
Əli | 20 İyun 2026 00:20
Sonradan quraşdırılıbsa cərimə yazıla bilər.
Avtosfer.az | 22 İyun 2026 15:23
Masinın nömrəsi ilə yiəsini tapmaq
Məhiyyədin | 19 İyun 2026 14:15
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 22 İyun 2026 15:22
Salam. BMW F30 markali avtomobilimi muherrik ve ses bogucuda hec bir deyiklik etmeden M3 yigmisam. DYP emekdasi avtomobilimi saxlayib GT kapot qurasdirdigimi, buferin deyisdirildiyini, yaylarin sport olmasini, disklerin deyisdirildiyi ve duman eleyhine isiq cihazinin legvine gore konstruktiv deyisiklik adi altinda avtomobilimi duracaga yerlesdirdi ve 150 manat cerime edileceyimi bildirdi. Protokolumu teleb etdikde sabah otaga yaxinlasarsan deyir. Protokol yerinde tertib olunmali deyilmi? Bu gun mene basqa adla protokol aciblar. Bu ne qeder duzgundur? Ve qanunsuz nese varmi?
Amir | 19 İyun 2026 00:48
Salam. Sadaladıqlarınızın içində yalnız sport yaylara görə cərimə yazıla bilər. 150 manat. Digər şeylərə görə cərimə yazılması düzgün deyil.
Avtosfer.az | 22 İyun 2026 15:22
Vaz modelinə ən böyük neçə razmer disk quraşdırmaq olar?
Neman | 19 İyun 2026 00:00
Zavod ölçüsü nədirsə odur. Ondam böyül quraşdırmaq olmaz.
Avtosfer.az | 22 İyun 2026 15:20
Masini oz adima kecirtmeyin rusmu
Hemid | 18 İyun 2026 22:28
Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 22 İyun 2026 15:20
Salam.Sizden bir xahisim var menin bu sualima deqiq etrafli melumat veresiniz.Size atdigim sekilde masinimin surucu terefde yazilan disk teker olcusudur masinimin hal hazirda disk tekeri 225 55 R17-dir.Men disk tekerimi deyisib 245 45 R18 almaq isteyirem.Qeyd edimki google.com da masinimin vin kodun yaziram disk-teker olcusune icaze verilir 245 45 R18 birde 245 40 R19.DYP de masini saxlayan kimi surucu terefdeki size atdigim melumati gosterib deyirki bu 225 55 R17 yazilib.Masin duracaga gedmelidir.
Isa | 18 İyun 2026 19:34
Salam. Siz yaxşı olardıki kitabçanı tapın və yaxud zavoda rəsmi müraciət edərək cavab alın.
Avtosfer.az | 22 İyun 2026 15:19
Peredokun cərməsi
Orxan | 18 İyun 2026 16:47
150 manat.
Avtosfer.az | 22 İyun 2026 15:17
Bəli bilkanı deyirəm qapının stoykasında olan bilkanı deyirəm
Qasim | 18 İyun 2026 15:49
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/dyp-birkasi-olmayan-masina-gore-surucuye-ne-ede-biler-i%CC%87zah-193644
Avtosfer.az | 22 İyun 2026 15:16
Sahibin axtariram
Çingiz | 18 İyun 2026 14:22
Bizdı belə məlumatlar olmur.
Avtosfer.az | 18 İyun 2026 15:39
Salam hər vaxtınız xeyir, FORD TRANZİT markalı yük avtomobil idarə edirəm,farada " LUPA " yoxdur,lakin mən LUPALİ LED-lampa_quraşdirmaga icazə var? Qanunla cəriməsi var?
İlham | 17 İyun 2026 22:40
Salam. Normativ tələblər pozulmadan quraşdıra bilərsiniz. Bunun üçün qanunu bilən mütəxəssis lazımdır ki, gələcəkdə problem yaşamayasınız.
Avtosfer.az | 18 İyun 2026 15:39
79 yaşım var; Gürcüstana 20 günlük sığorta qiyməti nə qədərdir?
Qasımov Qurban | 16 İyun 2026 18:34
Onu sığorta şirkətlərinə zəng edərək soruşa bilərsiniz.
Avtosfer.az | 17 İyun 2026 00:22
yerinde imkan vermediler sobeye spardilar orda aradan qaldirdim
Emin | 16 İyun 2026 15:22
Aradan qaldırandan sonra da yaza bilməzdilər.
Avtosfer.az | 16 İyun 2026 17:01
masinin arxa palciq qaytarici ve susede cat olmasina gore ilk defe cerime yazilormi?meni susedeki cata apardilar sobeye orda on suseni mene deyiwdirib 50 manat cerme yazib burazdilar bu ne kimi dogrudur
Emin | 16 İyun 2026 15:19
Qanunda yazılıb ki, nasazlığın aradan qaldırılması mümkün olmadıqda yazılır cərimə. Siz dəyişmisinizsə cərimə yazıla bilməzdi. Məhkəməyə müraciət edə bilərsiniz.
Avtosfer.az | 16 İyun 2026 15:21
507313379
Esger | 15 İyun 2026 21:26
Sualınızı aydın şəkildə yazın.
Avtosfer.az | 16 İyun 2026 15:20
Maşının nömrəsini dəyişmək rusumu nəqədərdi?
Qasim | 15 İyun 2026 14:33
Nömrənin dublikatını almaq 30 manatdır. Bir ədədi 15 manat.
Avtosfer.az | 16 İyun 2026 15:19
Salam maşının ban nömrəsi kraska düşmüşdü məndə siləndə ban nömrəsin 1ci 2ci rəqəm hərifi yaxşı oxunmur bunu neyləyə bilərəm??? Nəsı probləm olar?
Qasim | 14 İyun 2026 14:41
Salam. Ban nömrəsi döymə ilə yazılır axı. Siz bəlkə birkanı deyirsiniz? Şəkli var?
Avtosfer.az | 16 İyun 2026 15:18