ABŞ-dan maşın gətirmək adı ilə aldadılan vətəndaşlar çarəsiz durumda İMDAD DİLƏYİR - FOTO

Avtobazar 3 Sentyabr 2021 12:36 Oxunub 2530
ABŞ-dan maşın gətirmək adı ilə aldadılan vətəndaşlar çarəsiz durumda İMDAD DİLƏYİR   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-dan Azərbaycana avtomobil gətirib satan şirkətlər və ayrı-ayrı şəxslər var. Belə ki, online auksionda avtomobili alıb ölkəyə gətirir və vətəndaşlara satırlar. Avtosfer.az-a şikayət edən Elmar Babayev deyir ki, özlərini “Musamotors” MMC şirkətinin təsisçisi və sahibi olaraq təqdim edən Həsənov Azər Musa oğlu, Musa Ülvi Mahir oğlu və Musayev Mahir adlı şəxslər Amerika Birləşmiş Ştatlarından avtomobil gətirmək adı ilə onun külli miqdarda vəsaitini mənimsəyib.

“Artıq iki ilə yaxındır ki, müraciət etmədiyimiz dövlət qurumu qalmayıb. Amma bizim şikayətimizə baxan yoxdur. Hamı eyni cavabı yazır. Bizi aldadan şəxs isə ortalıqda gəzir. Həm pulumuzu itirmişik, həm də haqqımız tapdalanır və buna reaksiya verən yoxdur.”

Elmar Babayev iki il ərzində etdiyi müraciətlərə gələn cavab məktublarını da redaksiyamıza təqddim edib.

Qeyd edək ki, 2019-cu ilin may ayından bu günə kimi Elmara qarşı olunan dələduzluq faktı açıq olaraq qalır. Hadisəni təfarrüatı ilə danışan Elmar Babayev bildirib ki, 2019-cu ilin may ayında o, Əhməd Rəcəbli küçəsi 1/6, “Adore Plaza”-nın 4-cü mərtəbəsində yerləşən ofislərinə Həsənov Azər Musa oğlu, Musa Ülvi Mahir oğlu ilə görüşüb. “Mənə avtomobillər barəsində, çatdırılması və gömrükləşməsi barəsində yalan məlumatlar verdilər. Sonda “Ford Fusion” markalı maşını göstərdikdən sonra toplamda 17000 AZN (on yeddi min manat) dəyəri olan avtomobili almağa razılaşdıq. 26 may 2019-cu ildə Nərimanovda “Mono Liza” adlı restoranın yanında Azər və Ülvi ilə görüşüb 10000 AZN (on min manat) pul verdim. Pulu sayıb götürdükdən sonra mənə bildirdilər ki, iki aydan sonra maşın Azərbaycana gələcək. İki ay keçməsinə baxmayaraq hələ də maşından xəbər yox idi. Onlarla əlaqə saxlasam da yalançı vədlərlə yolda geсikmələrin olduğunu bildirirdilər. Nahəyət bu ilin avqust ayında xəbər verdilər ki, maşın artıq gəlib Gürcüstanın Poti limanındadır. Azər mənimlə əlaqə saxlayıb bildirdi ki, 7000 AZN (yeddi min manat) –də ver maşını Potidən çıxardaq və üç gündən sonra Azərbaycana gətirək. Üç gün sonra “Mono Liza” adlı restoranın yanında Musa Ülvi Mahir oğlu ilə görüşərək 7000 AZN (Yeddi min manat) pul verdim. Amma bu günə kimi nə maşından, nə də puldan xəbər yoxdur.”

 

Elmar Babayev məsələ ilə bağlı maraqlananda bəlli olub ki, adıçəkilən şəxslər onunla bərabər Elvin Abbasov, Qalib Əliyev, Rəhman Namazov və Mübariz Verdiyev və digərlərinə qarşı da eyni yolla dələduzluq ediblər. Müvafiq olaraq Elvin Abbasovdan 3.000 dollar və 3.400 AZN, Rəhman Namazovdan 22000 dollar, Qalib Əliyevdən 5000 AZN, Mübariz Verdiyevdən isə 20000 AZN pul alaraq avtomobil gətirəcəkləri barəsində vəd veriblər.

Azər Ülvini vətəndaşlara öz şəriyi və qaynı kimi təqdim edib. Mahir isə Ülvinin atası, Azərin isə qaynatasıdır.

 

Elmar Babayev bildirir ki, mütəşəkkl şəkildə dələduzluq edən bu şəxslərin “İnstaqram” səhifələrində paylaşdıqları şəkillərdən də görmək olar ki, onlardan əldə etdikləri vəsaitlər hesabına müxtəlif ölkələrdə dəbdəbəli həyat tərzi sürüblər. “Azər bu fırıldaqçılığı qəbul edərək, bizdən əldə edilən vəsaitlərin əksər hissəsinin Ülvi tərəfindən mənimsənildiyini, buna baxmayaraq aldıqları vəsaitləri geri qatarmağa çalışacağını, lakin hazırda əlində heç bir vəsaitin olmadığını bildirir. Ülvi və onun atası Mahir isə ümumiyyətlə ortalıqda yoxdur. Zəng edəndə isə bütün məsuliyyəti Azərin üzərinə atır və onları narahat etməməyimizi bildirərək bizə hədə-qorxu gəlir və əks halda bunun nəticələrinin bizim üçün ağır olacağını söyləyirlər.”

 

Elmar Babayev deyir ki, hazırda çox çətin durumda qalıb. “Dəfələrlə rəsmi şəkildə müraciət etsək də bir nəticə hasil olmayıb. Artıq iki ilə yaxındır ki, bu insanlar bizi aldadaraq pulumuzu mənimsəyib.

 

Hazırda çarəsiz durumda qalan vətəndaşlar mətbuat vasitəsilə aidiyyəti qurumlardan kömək istəyirlər.

Xatırladaq ki, Avtosfer.az məsələ ilə bağlı bir il əvvəl də məlumat verimişdi. 
Bakıda maşın fırıldaqçılığı: pulları mənimsənilən vətəndaşlar nazirdən kömək istəyir

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh