Aİ-da avtomobil satışları üzrə tarixi azalma qeydə alınıb

Avtobazar 18 Noyabr 2020 17:45 Oxunub 1270
Aİ-da avtomobil satışları üzrə tarixi azalma qeydə alınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu ilin yanvar-oktyabr aylarında Avropa İttifaqında (Aİ) koronavirus pandemiyası səbəbindən minik avtomobillərinin satışı 26,8% azalıb ki, bu da indiyədək misli görünməmiş bir göstəricidir.

Avropa Avtomobil İstehsalçıları Birliyinə istinadən verilən məlumata görə, bu ilin yanvar-oktyabr aylarında Aİ-nin 27 ölkəsi üzrə qeydiyyata alınan yeni minik avtomobillərinin sayı təxminən 8 mln. çatıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,9 mln. azdır.

Məlumata görə, aparıcı Aİ ölkələrində ən əhəmiyyətli azalma İspaniya (-36,8%) və İtaliyada (-30,9%) qeydə alınıb. Fransada azalma 26,9%, Almaniyada isə % 23,4% səviyyəsində olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh