Avtomobil bazarında niyə passivlik var? – SƏBƏBİ AÇIQLANDI

Avtobazar 28 Noyabr 2023 14:32 Oxunub 974
Avtomobil bazarında niyə passivlik var? – SƏBƏBİ AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Avtomobil bazarında vəziyyət passivdir”. Bu sözləri lent.az-a açıqlamasında iqtisadçı ekspert Ramil Osmanlı bildirib. Hazırda Azərbaycanın avtomobil bazarında vəziyyət necədir? Digər sahələrdə olduğu kimi, burada da bahalaşma müşahidə edilir? Mövzu ilə bağlı suallarımızı cavablandıran ekspert vurğulayıb ki, bəzi qərarlar avtomobil idxalına təsir göstərib: “Hazırda avtomobil bazarındakı vəziyyəti passiv qiymətləndirmək olar. Yəni, ümumi göstəricilər üzrə daha çox hazırkı dövrdə mənfiyə doğru dəyişikliklər müşahidə olunur. Bazara müraciət edənlərdə də, bütövlükdə aparılan əməliyyatların sayında da azalmalar var.

O cümlədən, bəzi qərarlar hətta idxala da müəyyən mənada təsir göstərib. İdxalın həcmi qismən azalıb. Bütövlükdə istehlak bazarlarında demək olar ki, passiv bir tendensiya yaranıb. Təbii ki, avtomobil bazarında da. Avtomobil bazarında hazırkı dövrdə qiymət artımı müşahidə olunmur. Qiymətlə stabil olaraq qalır. Daha çox ili köhnə olan nəqliyyat vasitələrinin qiyməti artmağa meyilli olsa da, hazırkı dövrdə onların da qiymətində artım müşahidə edilmir”.

R.Osmanlı hazırda Azərbaycandakı rüsumların çoxluğunun avtomobilləşmənin qarşısının aldığını deyib:

“Hazırda Azərbaycanda avtomobil parkının yenilənməsi tendensiyası gedir. Baxmayaraq ki, hələ ki, bu tendensiya o qədər də qənaətbəxş deyil. Bütövlükdə Azərbaycan avtomobil parkının təqribən 70 faizə qədəri köhnə avtomobillərdən ibarətdir. Qonşu ölkələr, xüsusilə, Rusiya, Türkiyə, İran və iqtisadiyyatı oturuşmuş ölkələrlə müqayisədə avtomobil satışı Azərbaycanda qiymət baxımından ucuzdur. Amma bütövlükdə hesab edirəm ki, Azərbaycan avtomobil istehsalçısı ölkə olmadığına görə tətbiq olunan bəzi rüsumların çoxluğu ölkəmizdə avtomobilləşmənin qarşısının alınmasına təsir göstərir.

Hesab edirəm ki, bu sahədə islahatlar etmək lazımdır. Eyni zamanda, hibrid və elektromobillərin ölkəyə idxalını stimullaşdırmağa ehtiyac var. Düşünürəm ki, Azərbaycan avtomobil istehsalçısı olmadığına görə, bəzi rüsumların azaldılması, ölkədə avtomobilləşmənin və avtomobil parkının yenilənməsinin sürətlənməsinə kömək edə bilər”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh