Azərbaycan Cənubi Qafqazın avtomobil "metallomuna" çevrilir - Həyəcan təbili
Avtobazar
19 Yanvar 2021 13:45

"Ölkəmiz orta hesabla iki ildən bir avtomobil gömrük rüsumlarını qaldırır. Bu gün elə avtomobillər var ki, onların alış qiymətindən çox onların bizdəki gömrük rüsumlarıdır. Bu səbəbdən avtomobil qiymətləri çox bahalaşır". Bu sözləri "Şərq"ə açıqlamasında avtomobil eksperti Fərid Hüseynov deyib. Ekspert qeyd edb ki, orta statistik vətəndaş öz qazancı ilə belə baha avtomobil ala bilmir və məcburən köhnə avtomobillərə üz tutur: "Bu avtomobillər adətən Avropa və Amerikadan gətirilmiş, çox vaxt öz ömrünü tamamlamış və gətirildiyi ölkədə artıq satışı qadağan olunmuş çox köhnə maşınlardır. Bu maşınlar əvvəla ekoloji normalara cavab vermir, ətrafı və atmosferi inanılmaz sürətlə çirkləndirir. Hətta o qədər köhnədirlər ki, onlar mülki yollarda vətəndaşların sağlamlığına belə ciddi təhlükədir. Mütəxəssislər həyəcan təbili çalır ki, Azərbaycan Cənubi Qafqazın avtomobil "metallomuna" çevrilir və artıq çevrilib də.
Hökumət isə bu ciddi məsələni gözardı edir. Gələcəkdə bu metallomu necə təmizləyəcəyi ilə bağlı plan və proqramı da yoxdur. Həm ətraf mühit çirklənir, həm də köhnə avtomobillər təhlükəsizlik normalarına cavab vermir".
F.Hüseynov qeyd edb ki, qəzaların sayı artmaqla bərabər bu qəzalarda ciddi xəsarətlərin və ölüm faizi də çoxalmaqdadır: "Mütəxəssislərin həyəcanının səbəbləri aydındır. İllərdir ki, onlar hökumətə müraciət edirlər ki, ilkin mərhələdə hibrid və elektrik avtomobillərə gömrük güzəştləri edilsin. İllərin müraciətlərindən sonra maraqlı məqam yarandı. Demək, elektromobillərə güzəşt tətbiq edildi, amma hibridlərə yox. Halbuki, hibridlər qiymət baxımından daha əlçatandır. Bütün sivil cəmiyyətlərdə əvvəl hibridlərə güzəştlər edilib, yəni onlar satılanda elektromobillər yox idi. Bizdə isə tərsinə və yarımçıq edildi. Elektormobil almaq üçün onsuz da ciddi maliyyə lazımdır. Güzəşt olsa da alıcılıq olmadı, artım yox kimidir. Biz də öz növbəmizdə prezentasiya hazırladıq. Burada inkişaf etmik ölkələrdə, əsasən də elektrikləşmənin qabaqcılları olan Norveç, Niderland, Fransa kimi ölkələrin güzəştlərini vətəndaşa köməklərini izah etməyə çalışdıq".
F.Hüseynov əlavə edib ki, elektrik maşınlar alınması və artması üçün fərqli ölkələr fərqli təşviq paketləri tətbiq edir ki, ekoloji vəziyyət normallaşsın: "Məsələn, Norveç elektrik maşın alan vətəndaşa 4000 avro ödəniş edir, ƏDV, şirkət vergisi, alış vergisi tipli vergilərdən azad edir, ödənişsiz parkinq hüququ verir, avtobus xəttindən istifadə haqqı verir. Niderland bizneslər üçün isə elektrik maşın alışı zamanı 5000 avro, taksilər üçün 10000 avro subsidiya verir, qeydiyyat və yol vergisindən azad edir. Fransa da bənzər subsidiyalar verir. Əhalinin yüksək qazanclı və əla yaşadığı Norveç kimi ölkə subsidiyalar verməklə vətəndaşlarını elektrik maşınlara keçid etməyə təşviq edir. Nəticədə illərlə ayrılan subsidiyalar öz bəhrəsini verir və ölkədə elektrik maşınlarların bazar payı 40 faizə artıq yaxındır. Bizim də təklifimiz əvvəl gömrük rüsumu endirimi, sonra isə subsidiyaların verilməsi idi. Lakin çox təəssüf ki, bu yöndə müsbət nəticə ala bilmədik".
Oxunub : 1778
DİGƏR XƏBƏRLƏR
17 Avqust 2026 10:03
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
17 Avqust 2026 09:23
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
14 Avqust 2026 17:39
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
4 Avqust 2026 20:51
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
3 Avqust 2026 17:54
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
1 Avqust 2026 23:11
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
30 İyul 2026 14:54
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
24 İyul 2026 16:18
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
22 İyul 2026 17:39
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
15 İyul 2026 10:00
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
9 İyul 2026 14:16
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
5 İyul 2026 20:31
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
ŞƏRH YAZ











