Reklam

Azərbaycana avtomobil axını: Qiymətlər bahalaşıb

Avtobazar 30 Aprel 2019 12:44 Oxunub 1448
Azərbaycana avtomobil axını: Qiymətlər bahalaşıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkənin avtomobil sənayesinin imkanları xaricə valyuta axınının qarşısını almağa qadir deyil

Azərbaycanda əhali və biznes strukturları iqtisadiyyatın artmasının perspektivini müsbət qiymətləndirərək nəqliyyat vasitələrinin əldə olunmasına ciddi məbləğdə pul xərcləyirlər. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatından göründüyü kimi, 2019-cu ilin yanvar-mart aylarının yekunlarına görə, həmin müddət ərzində ölkəyə 7978 ədəd nəqliyyat vasitəsi idxal edilib. Bu isə 2018-ci ilin ilk üç ayına aid göstəricilərdən 2,3 dəfə, 2017-ci ilin analoji dövrü ilə müqayisədə isə 5,6 dəfə çoxdur.

Minik avtomobillərinin idxalının artımına hətta idxal olunan avtomobillərin aksiz dərəcələrinin orta hesabla 50% artması da mane olmayıb. Belə ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2019-cu ilin 1 yanvarından etibarən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılıb:

Minik avtobillərində mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0,30 manat (əvvəl 0,20 manat), mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600 manat (əvvəl 400 manat), mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat (əvvəl 3 manat), mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat (əvvəl 3 400 manat), mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 13 manat (əvvəl 8 manat), mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat (əvvəl 11 400 manat), mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat (əvvəl 20 manat), mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat (əvvəl 31 400 manat), mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat (əvvəl 40 manat) aksiz dərəcəsi tətbiq olunur.

Avtomobillərin fəal şəkildə alınması əhalinin müəyyən hissəsinin gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını və rifahının yüksəldiyini göstərir. Cari ilin üç ayının yekunlarına görə, ölkəyə 7250 ədəd minik avtomobili idxal olununb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4092 ədəd çoxdur.

Azərbaycana avtomobil idxalının həcmi o zaman azala bilər ki, ölkənin özündə nəqliyyat vasitələrinin istehsal artsın. 2019-cu ilin ilk 3 ayı ərzində ölkədə 283 ədəd avtomobil istehsal edilib ki, bu da ötənilki göstəricilərdən beş dəfə çoxdur. Lakin yerli avtomobil sənayesinin həcminin artmasına baxmayaraq, ölkədə istehsal edilən hər avtomobilə 25 ədəd idxal edilən avtomobil düşür.

Birinci rübün yekunlarına dair məlumata görə, Azərbaycana 643 yük maşını idxal edilib ki, bu da ötən ildə idxal edilən yük abtomobillərindən 2 dəfə, 2017-ci ildə idxal edilənlərdən isə 3 dəfə artıqdır.

Xatırladaq ki, idxal olunan nəqliyyat vasitələrinin sayını azaltmaq üçün 9 fevral 2019-cu ildə Hacıqabul Sənaye Məhəlləsində avtomobil zavodunun təməli qoyulub. 2020-ci ilin ikinci yarısında bu zavodda 12 cür aztonnajlı "QAZ qrupu"ndan olan rus yük maşını yığılacaq.

Hələlik, nəqliyyat vasitələrinin əhəmiyyətli dərəcədə idxalı fonunda, əhalinin və sahibkarların maşınların və onların ehtiyat hissələrinin idxalına ayırdıqları xərclər artıb. Belə ki, yanvar-mart ayları ərzində avtomobillərə və onların ehtiyat hissələrinə 156 milyon dollar xərclənib. Bu isə 2018-ci ilin ilk üç ayı ərzində olan idxal xərclərindən 60,8%, 2017-ci ilin analoji dövründəki idxal xərclərindən isə 3 dəfə çoxdur. Nəticədə ölkə əhalisinin və biznes strukturlarının nəqliyyat vasitələrinin idxalına yönəltdikləri vəsaitlərin həcmi 4,44% -dən 4,98%-dək artıb.

İdxal olunan nəqliyyat vasitələri ilə bağlı rəqəmlər yerli avtomobil sənayesinin potensialını ortaya qoyur. İstehsal həcminin aşağı olması ölkədən kənara valyuta axınının artmasına səbəb olur. Yerli istehsalın artımı isə xaricə valyuta axınını azalda bilər.

AR Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2018-ci ildə nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin idxalına 641,7 milyon dollar sərf edilib. Bu isə 2017-ci ilin rəqəmləri ilə müqayisədə 219,6 milyon dollar, yaxud 52% çoxdur.

Son illər ərzində minik avtomobillərinin minimal idxalı 2016-cı ildə müşahidə edilib. Həmin il ölkəyə cəmi 4,991 ədəd maşın gəlib. Minik avtomobillərinin maksimal idxal həcmi 2013-cü ildə qeydə alınıb. Həmin il ölkəmizə 94,879 ədəd maşın gətirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh