Azərbaycanda ötən il satılan ƏN BAHALI AVTOMOBİLİN QİYMƏTİ

Avtobazar 5 Mart 2024 22:45 Oxunub 530
Azərbaycanda ötən il satılan ƏN BAHALI AVTOMOBİLİN QİYMƏTİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda açıq maşın bazarında təklifə çıxarılan avtonəqliyyat vasitələrinin ən maksimal qiyməti 300-320 min manat civarındadır.

Bu barədə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

Ekspert bildirib ki, qapalı avtomobil bazarında təklif olunan avtomobillərin qiyməti isə bəzi hallarda 500 min manatdan yuxarıdır: "Həmin avtomobillər məhdud dairədə alınıb satıldığı üçün açıq bazarda təklif olunmur”.

R.Osmanlı vurğulayıb ki, dəqiq say məlum olmasa da, 2016-cı il ərzində bahalı avtomobillərin alqı-satqısının həyata keçdiyi barədə məlumatlar var: "Ancaq bu kateqoriyadan olan avtomobillərin də alqı-satqısı ötən illərlə müqayisədə aşağı düşüb”.

Azərbaycana ümumi avtomobil idxalına gəlincə isə, R.Osmanlı bildirib ki, 2016-cı ilin yekunlarına əsasən, Azərbaycana idxal olunan avtomobillərin sayı 15 mindən aşağı olub: "Əvvəlki illərdə isə bu rəqəm xeyli yüksək olub. Misal üçün 2014-cü ilin sonunda bu rəqəm 100 mindən çox olub”. ("Trend”)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh