Banner

“Azərikard”a məxsus avtomobil satışa çıxarılır - QİYMƏT

Avtobazar 27 Noyabr 2025 23:24 Oxunub 868
“Azərikard”a məxsus avtomobil satışa çıxarılır - QİYMƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərikard” MMC-nin balansında olan nəqliyyat vasitəsi 25 dekabr tarixində keçiriləcək hərracda satışa çıxarılacaq. Avtosfer.az xəbər verir ki, satışa təqdim olunan nəqliyyat vasitəsi 2013-cü il istehsalı olan “Toyota Camry” markalı minik avtomobilidir. Avtomobilin dövlət qeydiyyat nişanı 99 PG 796-dır. Start qiyməti 19 877,4 manat təşkil edir. Hərracda iştirak etmək üçün tələb olunan 10 faizlik behin məbləği isə 1 987,74 manatdır. Beh “Azərikard” MMC-nin müvafiq hesabına köçürülməlidir. Hərracda iştirak etmək istəyən şəxslər müvafiq sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər. Sənədlər hərracın başlanmasına ən gec üç bank günü qalanadək təqdim olunmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh