Reklam

Bu il ucuz qiymətə 410 dövlət avtomobili satılıb – ƏMLAK XİDMƏTİ AÇIQLADI

Avtobazar 25 Oktyabr 2022 19:44 Oxunub 1934
Bu il ucuz qiymətə 410 dövlət avtomobili satılıb – ƏMLAK XİDMƏTİ AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 48 hərrac keçirilib.

Avtosfer.az xəbər verir ki, hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili, 410 avtomobil satılıb.

Bu ilin 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 322 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 86 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində hərrac vasitəsilə 24 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

Bu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 53,8 milyon manat təşkil edib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh