Reklam

DİQQƏT: Bu avtomobillərin ölkəmizə idxalı azalacaq

Avtobazar 11 Dekabr 2020 14:45 Oxunub 1530
DİQQƏT: Bu avtomobillərin ölkəmizə idxalı azalacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Koronavirus pandemiyasının təsirləri özünü istənilən sektor üzrə büruzə verir. Bəzi sektorda azalma, bəzilərində isə artım müşahidə olunur.

Maraqlıdır, Covid-19 Azərbaycanda avtomobil bazarına necə təsir göstərdi? Bu müddət ərzində hansı modellərin ölkəmizə idxalı dayandırıldı?

Mövzu ilə bağlı TED.az-a danışan avtomobil üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar biznesin bir çox sahələrinə zərər dəyib: "Bunlar əsasən, turizm, restoran və tikinti sektorlarıdır. Buna görə də, Azərbaycana idxal olunan avtomobillər arasında ən çox yük avtomobillərinin sayının azaldığını müşahidə edirik. Sərnişin tutumu təxminən 11 nəfər olan mikroavtobusların da Azərbaycana idxalı azalıb. 3 il öncə bu avtomobillərin ölkəmizə idxalı çox idi, xeyli yük maşınları, turizm üçün nəzərdə tutulan mikroavtobuslar daşınırdı. Bu gün isə Azərbaycana daha çox minik avtomobilləri idxal edilir".

Mütəxəssisin proqnozuna görə, pandemiyanın hazırda yaşanan ikinci dalğası da qeyd etdiyim yük avtomobillərinin idxalına təsir göstərəcək: "İkinci dalğa gedişində sərnişin tutumu 11 nəfərlik olan, turizm üçün nəzərdə tutulan mikroavtobuslara, tutumu 20, 24, 30 nəfərlik avtobuslara ehtiyac azalacaq. Çünki şəhərlərarası səfərlərin sayı getdikcə azalır. Fikrimcə, Azərbaycan yaxında bu üç seqment avtomobillərin idxalını azaldacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh