DİQQƏT! - Dövlət Xidməti 12 avtomobili hərraca çıxarır - SİYAHI
Avtobazar
22 Noyabr 2024 22:03
Oxunub 894
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) balansında olan 12 avtonəqliyyat vasitəsini açıq hərraca çıxarır. Avtosfer.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərrac dekabrın 26-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.
Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ASCO-nun hesabına beh ödəməlidir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR